Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 395

Bakı şəhəri, 28 sentyabr 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 1 aprel tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Biometrik informasiya xidmətlərinin sahələr üzrə fəaliyyətinin təşkili və tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

 

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respub-likasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 1 aprel tarixli 50 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 268; 2014, № 6, maddə 747) ilə təsdiq edilmiş “Biometrik informasiya xidmətlərinin sahələr üzrə fəaliyyətinin təşkili və tənzimlənməsi Qaydaları”nın 11.6-cı bəndində “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə və “Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında” və “Biometrik informasiya haqqında” qanunlarına” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında