Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 387

Bakı şəhəri, 28 sentyabr 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 207 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

 

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respub-likasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 207 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 828; 2002, № 11, maddə 675; 2003, № 6, maddə 342; 2006, № 9, maddə 822; 2009, № 8, maddə 675, № 9, maddə 736; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1.5-ci yarımbənddə “Fövqəladə Hallar Nazirliyindən xüsusi razılığı (lisenziyası)” sözləri “Lisenziyası” sözü ilə əvəz edilsin.

2. 1.2.3-cü yarımbəndin ikinci abzasında “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xüsusi razılıq (lisenziya) ilə müəyyən edilmiş şərtlərin” sözləri “lisenziya şərtlərinin” sözləri ilə əvəz edilsin.

3. 1.3.3-cü yarımbənd üzrə:

3.1. birinci abzasda “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin;

3.2. ikinci abzasda “Fövqəladə Hallar Nazirliyinin verdiyi xüsusi razılığın (lisenziyanın)” sözləri “lisenziyanın” sözü ilə əvəz edilsin.

4. 1.4.2-ci yarımbəndin birinci abzasında “Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xüsusi razılığın (lisenziyanın) seriyasını,” sözləri “lisenziyanın” sözü ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında