Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 383 

Bakı şəhəri, 22 sentyabr 2017-ci il

“Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qəra-rının  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000,  № 4 (II kitab), maddə 319; 2004, № 1, maddə 51, № 7, maddə 589, № 11, maddə 970; 2005, № 7, maddə 677; 2006, № 9, maddə 830; 2007, № 5, maddə 544; 2008, № 2, maddə 124; 2009, № 11, maddə 937; 2010, № 4, maddə 359; 2011, № 12, maddə 1260; 2014, № 4, maddə 460, № 5, maddələr 565, 593; 2016, № 6, maddə 1212) 1.3-cü bəndinə “təyin etsin” sözləridən sonra “,daxili normativ aktla müəyyən edilmiş yaş həddinə çatdığına görə xidmət yeri xüsusitəyinatlı nizami polis hissələrindən başqa struktur qurumlara dəyişdirilən əməkdaşların sonuncu xidmət yeri üzrə vəzifə maaşının saxlanılması barədə qərar qəbul etsin” sözləri əlavə edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
 Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında