Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 337

Bakı şəhəri, 24 avqust 2017-ci il

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, bu sahəyə dövlət dəstəyinin daha da gücləndirilməsi, yeni və müasir texnologiyaların tətbiqinin təşviq edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin razılaşdırılmış təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299, № 8, maddə 550, № 10, maddə 639; 1999, № 2, maddə 150; 2000, № 5, maddə 374, № 7, maddə 559, № 8 (III kitab), maddə 643, № 9, maddələr 690, 699, 700, № 10, maddə 770; 2001, № 4, maddə 289, № 8, maddə 561; 2002, № 4 (II kitab), maddələr 209, 212; 2005, № 1, maddə 56; 2006, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2008, № 7, maddələr 672, 687; 2009, № 9, maddələr 742, 744, № 12, maddələr 1061, 1071; 2010, № 7, maddə 706, № 12, maddə 1114; 2011, № 1, maddə 68, № 8, maddə 774; 2012, № 1, maddə 39, № 7, maddə 779, № 10, maddə 1020; 2013, № 11, maddə 1458; 2014, № 4, maddə 456; 2015, № 7, maddə 895; 2016, № 4, maddə 801, № 8, maddələr 1432, 1460,           № 12, maddə 2213; 2017, № 2, maddə 312; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 iyun tarixli 267 nömrəli qərarı) aşağıdakı məzmunda 4.29-cu bənd əlavə edilsin:

“4.29. “Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumlarından azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilsin (əlavə olunur).”.

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 3 (üç) il müddətində qüvvədədir.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
 Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az və www.xalqqazeti.com  saytlarında tanış  ola bilərsiniz.

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 24 avqust

tarixli 337 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumlarından azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə

 

S İ Y A H I S I

 

XİFMN üzrə kodu

Mal mövqelərinin adları

1

2

Qrup 01-dən

 

0102 21

Safqanlı cins iribuynuzlu diri heyvanlar 

0104 10 100 0

Safqanlı cins diri qoyunlar 

0104 20 100 0

Safqanlı cins diri keçilər 

0105 11 110 0

Çəkisi 185 qr-dan artıq olmayan ana və əcdad cinsi xətti ilə çoxaldılan ev toyuqlarının (Gallus domesticus) cücələrinin yumurtlayan növləri

0105 11 190 0

Çəkisi 185 qr-dan artıq olmayan ana və əcdad cinsi xətti ilə çoxaldılan ev toyuqlarının (Gallus domesticus) cücələrinin digər növləri

 Qrup 12-dən

 

1201 10 000 0

Toxumluq soya paxlaları

1206 00 100 0

Əkin üçün günəbaxan toxumu 

1209 10 000 0

Əkin üçün şəkər çuğunduru toxumu 

1209 22 100 0

Qırmızı üçyarpaq yonca toxumu (Trifolium pretense L.) 

1209 29 600 0

Yem çuğundurunun toxumu (Beta vulgaris var.alba)

 Qrup 31

Gübrələr 

 Qrup 38-dən

 

3808-dən

Kənd təsərrüfatında istifadə edilən insektisidlər, rodentisidlər, funqisidlər, herbisidlər, bitkilərin boyartımına qarşı və boyartımını tənzimləyən vasitələr (3808 94 yarımmövqeyində göstərilən dezinfeksiyaedici vasitələrdən başqa) 

1

2

 Qrup 84-dən

 

8419 31 000 0

Kənd təsərrüfatı məhsulları üçün quruducular 

8421 11 000 0

Süd separatorları 

8421 21 000 1

Qida sənayesində istifadə edilən suyun filtrlənməsi və ya təmizlənməsi üçün avadanlıqlar və qurğular

8422 20 000 1

Ərzaq məhsullarının istehsalında istifadə olunan butulkaların və ya digər tutumların yuyulması və ya qurudulması üçün avadanlıqlar

8422 90 900 1

Ərzaq məhsullarının istehsalında istifadə olunan avadanlıqların hissələri

8424 81

Kənd təsərrüfatı və bağçılıq üçün suvarma qurğuları, traktorlara qoşmaq və ya traktorlara yedəkləmək üçün nəzərdə tutulmuş toz tozlandırıcıları və səpələyiciləri, daşınan və digər qurğular

8428 20 200 1

Xüsusi olaraq kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş səpələnən materiallar üçün pnevmatik qaldırıcılar və konveyerlər

8428 90 710 0

Xüsusi olaraq kənd təsərrüfatı traktorlarına qoşmaq üçün hazırlanmış yükləyici qurğular

8432-dən

Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınları, torpağın hazırlanması və işlənməsi üçün maşınlar (8432 80 000 1 alt yarımmövqeyində göstərilən qazon və idman meydançaları üçün katoklar istisna olmaqla)

8433-dən

Kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyümlənməsi üçün maşınlar və ya mexanizmlər, pres çeşidləyici, küləş və samanı kiplərə bağlayan preslər də daxil olmaqla; otbiçənlər; yumurtaların, meyvələrin və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınlar (8433 11 və     8433 19 yarımmövqelərində göstərilən qazonlar, parklar və ya idman meydançaları üçün otbiçənlər istisna olmaqla)

 

1

2

8434

Sağıcı qurğu və aparatlar, südün emalı və təkrar emalı üçün avadanlıqlar

8436

Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıqlar, toxumların cücərdilməsi üçün mexaniki və ya qızdırıcı qurğulu avadanlıqlar da daxil edilməklə, digərləri; quşçuluq üçün inkubatorlar və bruderlər

8437

Toxum, taxıl və ya quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınlar; unüyütmə sənayesi üçün avadanlıqlar və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqlar, kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqlardan başqa

8438

Bu qrupda başqa yerdə adı çəkilməyən və ya təsnif olunmayan yeyinti məhsullarının və ya içkilərin istehsalı və ya hazırlanması üçün avadanlıqlar, heyvan və ya uçucu olmayan bitki yağlarının və ya piylərin ekstraksiyası və ya hazırlanması üçün avadanlıqlardan başqa

 

 

 

 

________________


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında