Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 312

Bakı şəhəri, 2 avqust 2017-ci il

“Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1314 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 192, № 11, maddə 1184; 2008, № 6, maddə 587; 2010, № 12, maddə 1124; 2012, № 8, maddə 811; 2013, № 7, maddə 882, № 12, maddə 1633; 2014, № 2, maddə 201, № 6, maddə 736, № 8, maddə 1004; 2015, № 1, maddə 60, № 5, maddə 675, № 6, maddə 795, № 8, maddə 968, № 10, maddə 1237, № 12, maddə 1577; 2016, № 5, maddə 955, № 6, maddə 1190, № 12, maddə 2238; 2017, № 3, maddə 507) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci və 6-1-ci hissələrdə “pambıq və tütün” sözləri “pambıq, tütün və şəkər çuğunduru” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları” üzrə:

2.1. 1.1-ci, 1.2-ci və 1.3-cü bəndlərdə “pambıq və tütün” sözləri “pambıq, tütün və şəkər çuğunduru” sözləri ilə əvəz edilsin;

2.2. Qaydalara 1 nömrəli əlavədə verilmiş “Ərizəyə əlavə”nin “becərilən bitkilər” sütununda “şəkər çuğunduru” sözləri “yonca” sözü ilə əvəz edilsin;

2.3. Qaydalara 5 və 8 nömrəli əlavələrdə verilmiş cədvəllərdə “şəkər çuğunduru” sözləri “yonca” sözü ilə əvəz edilsin.

3. Həmin qərarla təsdiq edilmiş 4 nömrəli əlavənin “Respublika Komissiyasının üzvləri” bölməsində “Saleh Şəfayət oğlu Mövlamov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının kənd təsərrüfatı statistikası şöbəsinin müdiri” sözləri “Gündüz Müküş oğlu Məmmədov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının kənd təsərrüfatı statistikası şöbəsi müdirinin müavini” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında