Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 309

Bakı şəhəri, 1 avqust 2017-ci il

“Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisələrin Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 sentyabr tarixli  334 saylı qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 sentyabr tarixli 334 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında Nümunəvi Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. Adında “müəssisə haqqında Nümunəvi Əsasnamə” sözləri “müəssisələrin Nümunəvi Əsasnaməsi” sözləri ilə əvəz edilsin.

2. 26-34-cü hissələr ləğv edilsin.

3. Aşağıdakı məzmunda 35-1-ci hissə əlavə edilsin:

“35-1. Məktəbdənkənar təhsil müəssisəsinin maliyyələşmə mənbələri aşağıdakılardır:

35-1.1. dövlət büdcəsindən ayrılan vəsaitlər;

35-1.2. büdcədənkənar vəsaitlər;

35-1.3. kreditlər, qrantlar, ianələr;

35-1.4. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.”.

Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında