Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 306

Bakı şəhəri, 27 iyul 2017-ci il

“Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 538-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1339 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 2, maddə 118, № 6, maddə 442; 2000, № 8, maddə 646; 2003, № 6, maddə 342; 2004, № 9, maddə 750; 2005, № 6, maddə 558, № 11, maddə 1061; 2008, № 11, maddə 1042; 2009, № 1, maddə 34; 2012, № 9, maddə 926; 2014, № 1, maddə 57, № 6, maddə 747; 2016, № 9, maddə 1575) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələri haqqında Əsasnamə” üzrə:

1.1. 2-ci bölmənin birinci hissəsinə “avadanlıqların” sözündən sonra “, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların” sözləri əlavə edilsin;

1.2. 3-cü bölmənin birinci hissəsinin beşinci abzasına “avadanlıqların” sözündən sonra “, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların” sözləri əlavə edilsin;

1.3. 4-cü bölmənin birinci hissəsi üzrə:

1.3.1. onuncu abzasa “avadanlıqların” sözündən sonra “, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların” sözləri və “nəqliyyat vasitələrinə” sözlərindən sonra “, yüklərə və başqa əşyalara Dövlət Sərhəd Xidmətinin müəyyən etdiyi qaydada” sözləri əlavə edilsin;

1.3.2. on ikinci abzasa “avadanlıqları” sözündən sonra “, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaları” sözləri əlavə edilsin.

2. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə – “Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi Qaydaları”nın 2-ci bölməsi üzrə:

2.1. 2.8-ci bənddə “Sərhəd qoşunları yoxlama-buraxılış məntəqələri, dövlət sərhədinin” sözləri “Dövlət sərhədinin” sözləri ilə əvəz edilsin;

2.2. 2.9-cu bəndin ikinci abzası çıxarılsın.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında