Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 300

Bakı şəhəri, 20 iyul 2017-ci il

“İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

“İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, №12, maddə 2249) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.1-ci bənddə “iyulun” sözü “avqustun ” sözü ilə və 6.4-cü bənddə “noyabr ayının 1-dək” sözləri “dekabr ayının 20-dək” sözləri ilə əvəz edilsin.

2. 6.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.5. iri dövlət şirkətləri təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı artan yekunla hər rübdən sonrakı ayın 15-dək Komissiyanın üzvlərinə və Katibliyinə kağız və elektron daşıyıcılarda təqdim edirlər;”.

3. Aşağıdakı məzmunda 6.5-1-ci bənd əlavə edilsin:

“6.5-1. iri dövlət şirkətləri təsdiq olunmuş smetanın icrası barədə rüblük hesabatda iri dövlət şirkətlərinin daxilolmaları və xərcləri proqnoz göstəricilərindən 10 faizədək az və ya çox olduqda, Komissiyanın Katibliyinə bunun səbəbləri barədə müvafiq izahat təqdim edir. Komissiyanın Katibliyi hər rüb üzrə smetanın icrasına dair müvafiq arayış hazırlayaraq Komissiyanın üzvlərinə təqdim edir və hər rübdən sonrakı ayın 30-dək Komissiyada müzakirəsini təşkil edir;”.

4. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı”nın 11-ci hissəsinə “Azərbaycan Respublikası” sözlərindən sonra “Nəqliyyat,” sözü əlavə edilsin.

5. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydası” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

Artur Rasi – zadə
Azərbaycan  Respublikasının  Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az və www.xalqqazeti.com  ­saytlarında tanış  ola bilərsiniz.

Kabinetinin 2017-ci il 20 iyul

tarixli 300 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

2 nömrəli əlavə

 

İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının tərtibi

QAYDASI

 

İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları bu Qaydaya əlavə olunmuş formaya uyğun tərtib olunmaqla, “Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti”, “Maliyyələşdirmə fəaliyyətindən pul vəsaitlərinin hərəkəti”, “İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti”, “Digər əməliyyatlar üzrə pul vəsaitlərinin hərəkəti”, “Hesabat ilinin əvvəlinə kreditor borclar”, “Hesabat ilinin əvvəlinə debitor borclar” və “Hesabat ilinin əvvəlinə əsas vəsaitlərin (fondların) və qeyri-maddi aktivlərin balans dəyəri” hissələrindən ibarətdir.

a).  “Hesabat  ilinin əvvəlinə pul vəsaitlərinin qalığı” bəndində hesabat ilinin əvvəlinə pul vəsaitlərinin qalığı göstərilir.

“I. Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti” bölməsi

1. “Cəmi daxilolmalar, o cümlədən” bəndində iri dövlət şirkətləri tərəfindən təqdim edilmiş mallardan, yerinə yetirilmiş işlərdən və göstərilmiş xidmətlərdən, habelə onların digər əməliyyat fəaliyyətlərindən əldə edilən pul vəsaitləri və onların ekvivalentləri (bundan sonra – pul vəsaitləri) aksiz və əlavə dəyər vergisi daxil olmaqla əks etdirilir.

1.1. “Malların (işlərin, xidmətlərin) təqdim edilməsindən daxilolmalar (1.1.)” bəndində malların təqdim edilməsindən, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməsindən əldə edilən və bütün hesablara (xəzinəyə) daxil olan pul vəsaitləri göstərilir.  Təsərrüfat xüsusiyyətlərindən asılı olaraq vəsaitlərin daxilolma mənbələri ayrı-ayrılıqda yarımbəndlərdə göstərilir (məsələn, nəqliyyat sektoru üzrə yük daşınmasından, sərnişin daşınmasından, xarici iqtisadi fəaliyyətlə məşğul olanlar bu fəaliyyətdən və s.).

1.2. “Müxtəlif mənbələrdən əməliyyat fəaliyyəti üzrə subsidiyalar (1.2.)” bəndində müxtəlif mənbələrdən əməliyyat fəaliyyəti ilə əlaqədar ayrılan subsidiyalar əks etdirilir.

1.3. “Əməliyyat fəaliyyəti üzrə sair daxilolmalar* (1.3.)” bəndində 1.1-ci və 1.2-ci bəndlərdə göstərilməyən və əməliyyat fəaliyyəti ilə əlaqədar olan sair pul vəsaitləri ayrı-ayrılıqda müvafiq yarımbəndlərdə göstərilir.

1.4. “Cəmi xərclər, o cümlədən” bəndində hesabat dövründə əməliyyat fəaliyyəti ilə əlaqədar xərclər (əlavə dəyər vergisi və aksiz daxil olmaqla) əks etdirilir.

1.5. “Xammal və materiallara görə xərclər (2.1.)” bəndində xammal, əsas və köməkçi materiallar, yanacaq, alınmış yarımfabrikatlar, komplektləşdirici məmulatlar, ehtiyat hissələri, məhsulların (malların) qablaşdırılması və daşınması üçün istifadə olunan taralar və digər material ehtiyatları əks etdirilir. “2.1.1. Xammala görə” yarımbəndində xammal xərcləri, “2.1.1.1. Texnoloji məqsədlər üçün xammala görə” yarımbəndində isə texnoloji məqsədlər üçün xammal xərcləri əks etdirilir. Burada iri dövlət şirkətləri tərəfindən fəaliyyətlərindən asılı olaraq xammal kimi istifadə edilən təbii qaz, mazut, elektrik enerjisi, su və s. ödəmələr göstərilir. Yanacaq və sürtkü materiallarına görə xərclər “2.1.1.2. Yanacaq və sürtkü materiallarına görə” yarımbəndində əks etdirilir.

Material ehtiyatlarına görə xammallar “2.1.2. Material ehtiyatlarına görə” yarımbəndində əks etdirilir.

1.6. “Əməkhaqqı və ona bərabər tutulan ödənişlər (2.2.)” bəndində əməkhaqqı və ona bərabər tutulan ödənişlərin bütün növləri üzrə xərclər göstərilir. İşçilərin əməkhaqqı və s. pul ödənişləri, əməkhaqqı üzrə digər ödənişlər, fiziki şəxslərdən gəlir vergisi və işçilərin məcburi dövlət sosial sığorta haqları müvafiq olaraq 2.2.1–2.2.4-cü yarımbəndlərdə öz əksini tapır.

1.7. “Əməkhaqqı fondundan məcburi dövlət sosial sığorta haqqı (2.3.)” bəndində əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilən və sığortaedənin vəsaiti hesabına ödənilən məcburi dövlət sosial sığorta haqqı üzrə xərclər əks etdirilir.

1.8.  “Rabitə xərcləri (2.4.)” bəndində rabitə xərcləri, o cümlədən operatorlararası rabitə hesablaşmaları əks etdirilir.

1.9. “Nəqliyyat xərcləri (2.5.)” bəndində cəlb olunmuş nəqliyyatlara görə xərclər əks etdirilir. Burada  hava, dəniz, avtomobil, boru və s. vasitələrlə bağlı nəqliyyat xərcləri ayrıca “2.5.1. Su nəqliyyatına görə”, “2.5.2. Hava nəqliyyatına görə”, “2.5.3. Dəmir yolu nəqliyyatına görə”, “2.5.4. Boru kəməri nəqliyyatına görə” və “2.5.5. Digər nəqliyyatlara görə” yarımbəndlərində əks etdirilir.

1.10. “Cəmi kommunal  xərclər, o cümlədən (2.6.)” bəndində yalnız kommunal məqsədlər üçün sərf edilmiş xərclər göstərilir. Burada suya, elektrik enerjisinə, təbii qaza,istilik enerjisinə və digər kommunal xidmətlərə görə xərclər ayrıca “2.6.1. Suya, kanalizasiya və tullantı sularının axıdılmasına görə”, “2.6.2. Elektrik enerjisinə görə”, “2.6.3. Təbii qaza görə”, “2.6.4. İstilik enerjisinə görə” və “2.6.5. Digər kommunal xidmətlərə görə” yarımbəndlərində əks etdirilir.

1.11. “Ezamiyyə  xərcləri (2.7.)” bəndində ölkədaxili və xarici ezamiyyələrə görə xərclər öz əksini tapır.

1.12. “Reklam, elan, mətbuat və bu qəbildən olan  xərclər (2.8.)” bəndində reklam, elan, mətbuat və bu qəbildən olan  xərclər əks etdirilir.

1.13. “Mühafizə  xərcləri (2.9.)” bəndində həm daxili, həm də bağlanılmış müqavilələrə görə mühafizə xərcləri öz əksini tapır.

1.14. “Bank  xidməti xərcləri (2.10.)” bəndində bank hesablarına xidmətlə bağlı sərf olunan xərclər göstərilir.

1.15. “Kreditə (borca) görə ödənilmiş faizlər, o cümlədən (2.11.)” bəndində borca və kreditə görə ödənilmiş faizlər öz əksini tapır. Dövlət zəmanətli kreditlər üzrə faizlərin qaytarılması xərcləri 2.11.1-ci yarımbənddə, digər kreditlər üzrə xərclər isə 2.11.2-ci yarımbənddə əks etdirilir. Bu xərclərdə vaxtı keçmiş borca və kreditə görə hesablanmış faizlərin qaytarılması da əks etdirilir.

1.16. “Nümayəndəlik  xərcləri (2.12.)” bəndində nümayəndəlik xərcləri öz əksini tapır.

1.17. “Kadr  hazırlığı  xərcləri (2.13.)” bəndində kadrların hazırlanması ilə bağlı çəkilən xərclər göstərilir.

1.18. “Elmi  tədqiqat və  layihə-axtarış  işlərinə  çəkilən  xərclər (2.14.)” bəndində elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər göstərilir. Normativ sənədlərin hazırlanması ilə bağlı xərclər də bu bənddə göstərilir.

1.19. “Cari təmir  xərcləri (2.15.)” bəndində əməliyyat fəaliyyəti ilə əlaqədar cari təmir xərcləri öz əksini tapır.

1.20. “Sığorta  xərcləri (2.16.)” bəndində sığorta üzrə müvafiq xərclər əks etdirilir. “2.16.1. İcbari sığortaya görə” və “2.16.2. Könüllü sığortaya görə” yarımbəndlərində sığorta növləri üzrə sığorta xərcləri öz əksini tapır.

1.21. “Sosial xərclər (2.17.)” bəndində qeyri-istehsal təyinatlı yaşayış evlərinin, təhsil və səhiyyə obyektlərinin, qeyri-istehsal təyinatlı obyektlərin avadanlıqlarının yenilənməsinə və əsaslı təmirinə çəkilən xərclər və xeyriyyəçilik məqsədləri ilə aparılmış ödənişlər göstərilir.

1.22. “Vergilər (2.18.)” bəndində vergi qanunvericiliyinə əsasən büdcə qarşısında yerinə yetirilmiş öhdəliklər üzrə xərclər öz əksini tapır. Yarımbəndlər üzrə vergi ödənişləri  ayrı-ayrılıqda göstərilir.

1.23. “Əməliyyat fəaliyyəti üzrə digər xərclər (2.19.)” bəndində 1.5-1.22-ci bəndlərdə əks etdirilməyən əməliyyat fəaliyyəti üzrə bütün xərclər göstərilir. Burada xüsusi çəkisi böyük olan xərclər ayrı-ayrılıqda açıqlanır.

1.24. b). “Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin saldosu”nda “1. Cəmi daxilolmalar, o cümlədən” sətri ilə “2. Cəmi xərclər, o cümlədən” sətri arasında olan məbləğ fərqi əks etdirilir.

“II. Maliyyələşdirmə fəaliyyətindən pul vəsaitlərinin hərəkəti” bölməsi

2. “Cəmi daxilolmalar, o cümlədən” bəndində maliyyələşdirmə fəaliyyəti üzrə daxil olan cəmi pul vəsaitləri əks etdirilir.

2.1. “Dövlət əsaslı vəsait qoyuluşu üzrə daxilolmalar (3.1.)” bəndində dövlət əsaslı vəsait qoyuluşu üzrə daxilolmalar,  o cümlədən 3.1.1-ci yarımbənddə hər il üçün təsdiq edilən dövlət büdcəsi haqqında qanuna uyğun olaraq dövlət büdcəsindən ayrılan dövlət əsaslı vəsait qoyuluşu məbləği və 3.1.2-ci yarımbənddə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan ayrılmış vəsaitlər əks etdirilir.       

2.2. “Kreditlər və borclar üzrə daxilolmalar (3.2.)” bəndində maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar alınmış kredit və borc məbləğləri, o cümlədən 3.2.1-ci yarımbənddə dövlət zəmanətli kreditlər (borclar) üzrə daxilolmalar, 3.2.2-ci yarımbənddə digər kreditlər (borclar) üzrə daxilolmalar əks etdirilir.

2.3. “Maliyyələşdirmə fəaliyyəti üzrə digər daxilolmalar (3.3.)” bəndində 2.1-ci və 2.2-ci bəndlərdə əks etdirilməyən və maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar olan digər daxilolmalar əks etdirilir.

2.4. “Cəmi xərclər, o cümlədən (4.)” bəndində maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin istifadəsi əks etdirilir.

2.5. “Kreditin (borcun) əsas məbləğinə görə ödənişlər, o cümlədən (4.1.)” bəndində borca və kreditə görə ödənilmiş əsas məbləğlər öz əksini tapır. Dövlət zəmanəti ilə alınmış kreditlər üzrə əsas məbləğlərin qaytarılması xərcləri 4.1.1-ci yarımbənddə, digər kreditlər (borclar) üzrə məbləğlərin qaytarılması xəcləri isə  4.1.2-ci yarımbəndində göstərilir.

2.6. “Maliyyələşdirmə fəaliyyəti üzrə digər xərclər (4.2.)” bəndində maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar digər xərclər əks etdirilir.

2.7. c). “Maliyyələşdirmə fəaliyyətindən pul vəsaitlərinin saldosu”nda “3. Cəmi daxilolmalar, o cümlədən” bəndi ilə “4. Cəmi xərclər, o cümlədən” bəndi arasında olan məbləğ fərqi əks etdirilir.

“III. İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti” bölməsi

3.1. “Cəmi daxilolmalar (5.)” bəndində investisiya fəaliyyəti ilə əlaqədar daxil olan pul vəsaitlərinin cəmi əks etdirilir.

3.2. “Uzunmüddətli aktivlərin satışından daxilolmalar (5.1.)” bəndində uzunmüddətli aktivlərin satışından daxilolmalar göstərilir.

3.3. “Pay alətlərinin və iştirak paylarının satılmasından daxilolmalar (5.2.)” bəndində pay alətlərinin və iştirak paylarının satılmasından daxilolmalar göstərilir.

3.4. “Borc alətlərinin satılmasından  daxilolmalar (5.3.)” bəndində borc alətlərinin satılmasından  daxilolmalar göstərilir.

3.5. “İnvestisiya fəaliyyəti üzrə digər daxilolmalar (5.4.)” bəndində investisiya fəaliyyəti üzrə 3.2-3.4-cü bəndlərdə əks etdirilməyən daxilolmalar göstərilir.

3.6. “Cəmi xərclər (6.)” bəndində investisiya fəaliyyəti üzrə daxil olan pul vəsaitlərinin istifadəsi əks etdirilir.

3.7. “Əsas vəsaitlərin (fondların) alınması üzrə xərclər (6.1.)” bəndində investisiya fəaliyyəti üçün əsas vəsaitlərin (fondların) alınması üzrə xərclər əks etdirilir. Maşın və avadanlıqların alınması üzrə xərclər 6.1.1-ci yarımbənddə, o cümlədən quraşdırılması tələb olunmayan maşın və avadanlıqların alınması və quraşdırılması tələb olunan maşın və avadanlıqların alınması xərcləri müvafiq olaraq 6.1.1.1-ci və 6.1.1.2-ci yarımbəndlərdə əks etdirilir. Nəqliyyat vasitələrinin alınması 6.1.2-ci yarımbənddə, digər əsas vəsaitlərin (fondların) alınması 6.1.3-cü yarımbənddə, əsas vəsaitlərin (fondların) quraşdırılması 6.1.4-cü yarımbənddə, əsas vəsaitlərin (fondların) tikintisi 6.1.5-ci yarımbənddə, əsas vəsaitlərin (fondların) alınması üzrə digər xərclər isə 6.1.6-cı yarımbənddə əks etdirilir.

3.8. “Əsas vəsaitlərin (fondların) əsaslı təmiri (6.2.)” bəndində əsaslı təmir xərcləri əks etdirilir.

3.9. “Qeyri-maddi aktivlərin alınması (6.3.)” bəndində qeyri-maddi aktivlərin alınması xərcləri əks etdirilir.

3.10. “Qiymətli kağız və səhmlərin alınması, uzunmüddətli faizli istiqrazların alınması (6.4.)” bəndində qiymətli kağız və səhmlərin alınması, habelə uzunmüddətli faizli istiqrazların alınması xərcləri göstərilir.

3.11. “İnvestisiya fəaliyyəti üzrə digər xərclər (6.5.)” bəndində investisiya fəaliyyəti üzrə yuxarıda sadalanmayan digər xərclər göstərilir. Burada xüsusi çəkisi böyük olan xərclər ayrılıqda açıqlanır.

3.12. d). “İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin saldosu”nda “5. Cəmi daxilolmalar, o cümlədən” bəndi ilə “6. Cəmi xərclər, o cümlədən” bəndi arasında olan məbləğ fərqi əks etdirilir.

“IV. Digər əməliyyatlar üzrə pul vəsaitlərinin hərəkəti” bölməsi

4.1. “Xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri (7.)” bəndində hesabat ilinin əvvəlinə və hesabat ilinin sonuna qalıqlar üzrə xarici valyutada olan vəsaitlərin məzənnələri arasında yaranan fərqə görə dəyişikliklər əks etdirilir.

4.2. “Pul vəsaitlərinin saldosu (e)” bəndində əməliy-yat,maliyyələşdirmə və investisiya fəaliyyətləri üzrə pul vəsaitlərinin saldoları ilə xarici valyutaların məzənnələrinin dəyişməsinin təsirinin cəmi əks etdirilir.

4.3. “Hesabat ilinin sonuna pul vəsaitlərinin qalığı (ə)” bəndində  hesabat  ilinin əvvəlinə pul vəsaitlərinin qalığı ilə 3.14-cü bəndin cəmi əks etdirilir.

Əlavə göstəricilər

1. “Hesabat ilinin əvvəlinə kreditor borclar, o cümlədən” bəndində ilin əvvəlinə kreditor borclarının məbləği əks etdirilir. Burada daxili və xarici kreditlər üzrə məbləğlər hər biri ayrılıqda göstərilir.

2. “Hesabat ilinin əvvəlinə debitor borclar” bəndində ilin əvvəlinə debitor borclarının məbləği əks etdirilir.

3. “Hesabat ilinin əvvəlinə əsas vəsaitlərin (fondların) və qeyri-maddi aktivlərin balans dəyəri” bəndində ilin əvvəlinə əsas vəsaitlərin (fondların) və qeyri-maddi aktivlərin balans dəyəri əks etdirilir.

Əlavə məlumatlar

1. “Əməliyyat, investisiya və maliyyələşdirmə fəaliy-yətindən pul vəsaitlərinin hərəkəti  üzrə daxilolmaların və xərclərin tərtibinə dair açıqlamaların və arayışın tərtibi:

1.1.  Smetanın tərtibinə və icrasına dair hesabat zamanı formanın bütün bəndlərinə aid göstəricilərin açıqlanması smetaya əlavə olunmaqla, aşağıdakı məlumatları özündə əks etdirən arayış təqdim edilməlidir:

1.1.1.  təqdim edilmiş malların (iş və xidmətlərin) həcminin əsas fəaliyyət növlərinə uyğun bölgüsü üzrə hesablamalar;

1.1.2. maliyyələşdirmə və investisiya fəaliyyətindən daxilolmaların təşkilatlar üzrə bölgüsü;

1.1.3.  cəlb olunmuş vəsaitlərin (o cümlədən banklardan alınmış kreditlərin) və onların təyinatının, cəlb olunmuş vəsaitlər üzrə əsas və faiz öhdəliklərinin, habelə arayışın tərtib olunduğu tarixə vəsaitlərin qalığının bölgüsü;

1.1.4. xarici valyutada daxilolmaların və xərclərin bölgüsü;

1.1.5.  xammal və material xərclərinin əsas növləri üzrə bölgüsü;

1.1.6.  təmir xərclərinin təmir aparılan obyektlər üzrə bölgüsü;

1.1.7. kapital qoyuluşlarının, o cümlədən tikinti-quraşdırma işlərinin (bu işlərin yerinə yetirilmə obyektləri üzrə), əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, torpaq sahələrinin alınması xərclərinin təyinatı üzrə bölgüsü;

1.1.8.  sosial xərclərin təyinatı üzrə bölgüsü;

1.1.9.  xeyriyyəçilik məqsədli ödənişlərin təyinatı üzrə bölgüsü;

1.1.10. digər xərclərin bölgüsü;

1.1.11. hesabat dövrünün əvvəlinə və sonuna debitor və kreditor borcların, o cümlədən dövlət zəmanətli və zəmanətsiz kreditlərin  bölgüsü;

1.1.12. hesabat dövrünün əvvəlinə pul vəsaitləri qalığının bölgüsü ;

1.1.13. hesabat ilinin əvvəlinə əsas vəsaitlərin (fondların) və qeyri-maddi aktivlərin balans dəyərinə dair açıqlama.

____________

 

“İri dövlət şirkətlərinin gəlirlər və

xərclər smetalarının tərtibi Qaydası”na

 

əlavə

 

 

________________   20__ - ci il üzrə gəlirlər və xərclər smetası

 

 

 

 

 

(min manatla)

Sıra №-si

 

Əv-vəlki il fakt

Cari il gözlə-nilən

Növ-bəti il proq-

noz

O cümlədən

I rüb

II rüb

III rüb

IV rüb

1

2

3

4

5

6

7

8

9

a).  Hesabat  ilinin əvvəlinə pul vəsaitlərinin qalığı

 

 

 

 

I. Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti

1.

Cəmi daxilolmalar, o cümlədən

 

 

 

 

 

 

 

1.1.

Malların  (işlərin, xidmətlərin) təqdim  edilməsindən daxilolmalar*

 

 

 

 

 

 

 

1.1.1.

 

 

 

 

 

 

 

 

1.1.2.

 

 

 

 

 

 

 

 

1.2.

Müxtəlif mənbələrdən əməliyyat fəaliyyəti üzrə subsidiyalar

 

 

 

 

 

 

 

1.3.

Əməliyyat fəaliyyəti üzrə sair  daxilolmalar*

 

 

 

 

 

 

 

1.3.1.

 

 

 

 

 

 

 

 

1.3.2.

 

 

 

 

 

 

 

 

2.

Cəmi xərclər, o cümlədən

 

 

 

 

 

 

 

2.1.

Xammal və materiallara görə xərclər

 

 

 

 

 

 

 

                     
 

 

 

1

2

3

4

5

6

7

8

9

2.1. 1.

xammala görə

 

 

 

 

 

 

 

2.1.1.1.

texnoloji məqsədlər üçün xammala görə

 

 

 

 

 

 

 

2.1.1.2.

yanacaq və sürtkü materiallarına görə

 

 

 

 

 

 

 

2.1.2.

material ehtiyatlarına görə

 

 

 

 

 

 

 

2.2.

Əməkhaqqı və ona bərabər tutulan ödənişlər

 

 

 

 

 

 

 

2.2.1.

işçilərin əməkhaqqı və sair pul ödənişləri

 

 

 

 

 

 

 

2.2.2.

əməkhaqqı üzrə digər ödənişlər

 

 

 

 

 

 

 

2.2.3.

fiziki şəxslərdən gəlir vergisi

 

 

 

 

 

 

 

2.2.4.

işçilərin məcburi dövlət sosial sığorta haqqı (3%)

 

 

 

 

 

 

 

2.3.

Əməkhaqqı fondundan məcburi dövlət sosial sığorta haqqı (22%)

 

 

 

 

 

 

 

2.4.

Rabitə xərcləri

 

 

 

 

 

 

 

2.5.

Nəqliyyat  xərcləri

 

 

 

 

 

 

 

2.5.1.

su nəqliyyatına görə

 

 

 

 

 

 

 

2.5.2.

hava nəqliyyatına görə

 

 

 

 

 

 

 

2.5.3.

dəmir yolu nəqliyyatına görə

 

 

 

 

 

 

 

2.5.4.

boru kəməri nəqliyyatına görə

 

 

 

 

 

 

 

2.5.5.

digər nəqliyyatlara görə

 

 

 

 

 

 

 

2.6.

Cəmi kommunal  xərclər, o cümlədən

 

 

 

 

 

 

 

2.6.1.

suya, kanalizasiya və tullantı sularının axıdılmasına görə

 

 

 

 

 

 

 

2.6.2.

elektrik  enerjisinə görə

 

 

 

 

 

 

 

2.6.3.

təbii qaza görə

 

 

 

 

 

 

 

2.6.4.

istilik enerjisinə görə

 

 

 

 

 

 

 

2.6.5.

digər kommunal xidmətlərə görə

 

 

 

 

 

 

 

1

2

3

4

5

6

7

8

9

2.7.

Ezamiyyə  xərcləri

 

 

 

 

 

 

 

2.7.1.

ölkədaxili ezamiyyələrə görə

 

 

 

 

 

 

 

2.7.2.

xaricə ezamiyyələrə görə

 

 

 

 

 

 

 

2.8.

Reklam, elan, mətbuat və bu qəbildən olan  xərclər

 

 

 

 

 

 

 

2.9.

Mühafizə  xərcləri

 

 

 

 

 

 

 

2.10.

Bank  xidməti xərcləri

 

 

 

 

 

 

 

2.11.

Kreditə (borca) görə ödənilmiş faizlər, o cümlədən

 

 

 

 

 

 

 

2.11.1.

dövlət zəmanətli kreditlər üzrə

 

 

 

 

 

 

 

2.11.2.

digər kreditlər üzrə

 

 

 

 

 

 

 

2.12.

Nümayəndəlik  xərcləri

 

 

 

 

 

 

 

2.13.

Kadr  hazırlığı  xərcləri

 

 

 

 

 

 

 

2.14.

Elmi  tədqiqat və layihə- axtarış  işlərinə  çəkilən  xərclər

 

 

 

 

 

 

 

2.15.

Cari təmir  xərcləri

 

 

 

 

 

 

 

2.16.

Sığorta  xərcləri

 

 

 

 

 

 

 

2.16.1.

icbari sığortaya görə

 

 

 

 

 

 

 

2.16.2.

könüllü sığortaya görə

 

 

 

 

 

 

 

2.17.

Sosial xərclər

 

 

 

 

 

 

 

2.17.1.

 

 

 

 

 

 

 

 

2.18.

Vergilər

 

 

 

 

 

 

 

2.18.1.

əlavə dəyər vergisi

 

 

 

 

 

 

 

2.18.2.

əmlak vergisi

 

 

 

 

 

 

 

2.18.3.

torpaq vergisi

 

 

 

 

 

 

 

2.18.4.

mənfəət vergisi

 

 

 

 

 

 

 

2.18.5.

 

 

 

 

 

 

 

 

2.18.6.

 

 

 

 

 

 

 

 

1

2

3

4

5

6

7

8

9

2.19.

Əməliyyat fəaliyyəti üzrə digər  xərclər

 

 

 

 

 

 

 

2.19.1.

 

 

 

 

 

 

 

 

2.19.2.

 

 

 

 

 

 

 

 

b). Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin saldosu                         (sətir 1-sətir 2)

 

 

 

 

 

 

 

II. Maliyyələşdirmə  fəaliyyətindən pul vəsaitlərinin hərəkəti

3.

Cəmi daxilolmalar, o cümlədən

 

 

 

 

 

 

 

3.1.

Dövlət əsaslı vəsait qoyuluşu üzrə daxilolmalar

 

 

 

 

 

 

 

3.1.1.

dövlət büdcəsindən daxilolmalar

 

 

 

 

 

 

 

3.1.2.

Dövlət Neft Fondundan daxilolmalar

 

 

 

 

 

 

 

3.2.

Kreditlər (borclar) üzrə daxilolmalar

 

 

 

 

 

 

 

3.2.1.

dövlət zəmanətli kreditlər (borclar)  üzrə daxilolmalar

 

 

 

 

 

 

 

3.2.2.

digər  kreditlər (borclar) üzrə daxilolmalar

 

 

 

 

 

 

 

3.3.

Maliyyələşdirmə fəaliyyəti üzrə digər daxilolmalar

 

 

 

 

 

 

 

4.

Cəmi xərclər, o cümlədən

 

 

 

 

 

 

 

4.1.

Kreditin (borcun) əsas məbləğinə görə ödənişlər, o cümlədən

 

 

 

 

 

 

 

4.1.1.

dövlət zəmanətli kreditlər üzrə

 

 

 

 

 

 

 

4.1.2.

digər kreditlər (borclar) üzrə

 

 

 

 

 

 

 

4.2.

Maliyyələşdirmə fəaliyyəti üzrə digər xərclər

 

 

 

 

 

 

 

c). Maliyyələşdirmə fəaliyyətindən pul vəsaitlərinin saldosu (sətir 3-sətir 4)

 

 

 

 

 

 

 

1

2

3

4

5

6

7

8

9

III. İnvestisiya   fəaliyyətindən pul vəsaitlərinin hərəkəti

5.

Cəmi daxilolmalar

 

 

 

 

 

 

 

5.1.

Uzunmüddətli aktivlərin satışından daxilolmalar

 

 

 

 

 

 

 

5.2.

Pay alətlərinin və iştirak paylarının satılmasından daxilolmalar

 

 

 

 

 

 

 

5.3.

Borc alətlərinin satılmasından  daxilolmalar

 

 

 

 

 

 

 

5.4.

İnvestisiya fəaliyyəti üzrə digər daxilolmalar

 

 

 

 

 

 

 

6.

Cəmi xərclər

 

 

 

 

 

 

 

6.1.

Əsas vəsaitlərin (fondların) alınması üzrə xərclər

 

 

 

 

 

 

 

6.1.1.

maşın və avadanlıqların alınması

 

 

 

 

 

 

 

6.1.1.1.

quraşdırılması tələb olunmayan maşın və avadanlıqların alınması

 

 

 

 

 

 

 

6.1.1.2.

quraşdırılması tələb olunan maşın və avadanlıqların alınması

 

 

 

 

 

 

 

6.1.2.

nəqliyyat vasitələrinin alınması

 

 

 

 

 

 

 

6.1.3.

digər əsas vəsaitlərin (fondların) alınması

 

 

 

 

 

 

 

6.1.4.

əsas vəsaitlərin (fondların) quraşdırılması

 

 

 

 

 

 

 

6.1.5.

əsas vəsaitlərin (fondların) tikintisi

 

 

 

 

 

 

 

6.1.6.

əsas vəsaitlərin (fondların) alınması üzrə digər xərclər

 

 

 

 

 

 

 

6.2.

Əsas vəsaitlərin (fondların) əsaslı təmiri

 

 

 

 

 

 

 

6.3.

Qeyri-maddi aktivlərin alınması

 

 

 

 

 

 

 

1

2

3

4

5

6

7

8

9

6.4.

Qiymətli kağız və səhmlərin alınması, uzunmüddətli faizli istiqrazların alınması

 

 

 

 

 

 

 

6.5.

 İnvestisiya fəaliyyəti üzrə digər xərclər

 

 

 

 

 

 

 

d). İnvestisiya fəaliyyətindən  pul vəsaitlərinin saldosu (sətir 5-sətir 6)

 

 

 

 

 

 

 

IV. Digər əməliyyatlar üzrə pul vəsaitlərinin hərəkəti

7.

Xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri

 

 

 

 

 

 

 

e). Pul vəsaitlərinin saldosu  (sətir b + sətir c + sətir d+ sətir7)

 

 

 

 

 

 

 

ə). Hesabat ilinin  sonuna pul vəsaitlərinin qalığı (sətir a+sətir e)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əlavə göstəricilər

1.

Hesabat ilinin  əvvəlinə  kreditor borclar , o cümlədən

 

 

 

x

x

x

x

 

daxili kreditlər

 

 

 

x

x

x

x

 

xarici kreditlər

 

 

 

x

x

x

x

2.

Hesabat ilinin  əvvəlinə  debitor borclar

 

 

 

x

x

x

x

3.

Hesabat ilinin əvvəlinə əsas vəsaitlərin (fondların) və qeyri-maddi aktivlərin balans dəyəri

 

 

 

x

x

x

x

 

 

 

 

 

 

 

 

 

                     
 

 

_________________

 

          №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında