Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 298

 Bakı şəhəri, 19 iyul 2017-ci il

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

 “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli qərarının (Azərbaycan Respublikasının ­Qanunvericilik Toplusu, 2015, № 4, maddə 478; 2016, № 9, maddə 1568; 2017, № 4 maddə 606) 9-cu və 10-cu hissələri aşağıdakı
redaksiyada verilsin:

“9. Xaçmaz rayonundakı “Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi”nin tabeliyinə verilsin.

10. Quba rayonundakı “Şəfəq” südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək, Azərbaycan  Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Quba Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılsın.”.

 Artur Rasi – zadə
Azərbaycan  Respublikasının  Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında