Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 294

Bakı şəhəri, 18 iyul 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da  dəyişikliklər edilməsi barədə

“Kredit büroları haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1145 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228,1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263, № 5, maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə 1206, № 12, maddə 1354; 2013, № 4, maddə 444, № 5, maddə 578; 2014, № 1, maddə 74, № 5, maddələr 552, 589, № 6, maddə 746, № 8, maddə 1019, № 12, maddə 1685; 2015, № 12, maddə 1580; 2016, № 3, maddə 611, № 4, maddələr 777, 814, № 6, maddə 1226, № 8, maddə 1449, № 11, maddə 1937; 2017, № 1, maddə 135, № 3, maddə 493; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 30 iyun tarixli 271 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da  aşağıdakı dəyişikliklər edilsin:

1. 7-ci hissəyə aşağıdakı məzmunda on altıncı- iyirminci abzaslar əlavə edilsin:

“Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.10-cu və 16.1.11-ci maddələrində nəzərdə tutulmuş neqativ məlumatlar notariusların fəaliyyətlərinə aid olan hissədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə “Elektron hökumət” portalında yerləşdirilir.

Kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, həmin məlumatın aradan qaldırılması üçün “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş qaydada ərizə ilə məlumatı yerləşdirən notariusa müraciət edə bilər. Müraciətə məlumatın düzgün olmamasını təsdiq edən sənədlərin surətləri əlavə edilməlidir. Ərizə kredit tarixçəsinin subyekti tərəfindən bilavasitə təqdim edilmədikdə və ya onun etibarnamə üzrə nümayəndəsi tərəfindən notariat kontorunda yazılmadıqda, ərizədəki imzanın həqiqiliyi notariat qaydasında təsdiq edilməlidir.

Notarius yanlış məlumatın aradan qaldırılması barədə müraciəti “Elektron notariat” informasiya sistemi vasitəsilə kredit bürosuna göndərir. Kredit bürosu, kredit tarixçələrinin məlumat bazasının müvafiq hissəsinə “dəqiqləşdirilir” qeydini daxil etdikdən sonra məlumatın düzgünlüyünün yoxlanılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə notariusa sorğu göndərir. 

Notarius sorğunu aldığı gündən 3 (üç) iş günü müddətində kredit tarixçəsinin subyekti haqqında kredit bürosuna verdiyi məlumatın düzgünlüyünü yoxlayır, məlumatın düzgün olması və ya aşkar edilmiş səhvin aradan qaldırılması barədə “Elektron notariat” informasiya sistemi vasitəsilə kredit bürosuna müvafiq məlumat göndərir.

Şikayətin araşdırılması nəticəsində notarius kredit bürosuna verdiyi məlumatın düzgün olduğunu müəyyən edərsə və kredit tarixçəsinin subyekti bu nəticə ilə razılaşarsa, kredit tarixçəsində heç bir dəyişiklik edilmir.”.

2. 13-cü hissənin altıncı abzası yeddinci abzas hesab edilsin və aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

“Notariuslar borc müqavilələrinin, vəsiyyətnamələrin təsdiqi və vərəsəlik şəhadətnaməsinin verilməsi zamanı müqavilə tərəflərinin hüquqlarının qorunması, hüquqi məlumatsızlığın onlara vura biləcək ziyanın qarşısının alınması və vərəsələrin kreditorlar qarşısında məsuliyyətinin izah olunması məqsədi ilə kredit bürosunun məlumatlarından istifadə edirlər. Bu zaman notarius notariat hərəkəti aparılan şəxslər barədə kredit bürosunda mövcud olan məlumatı informasiya sistemi vasitəsilə yoxlayır. Bu məlumatların pozitiv və ya neqativ olmasından asılı olmayaraq, tərəflər notariat hərəkətinin rəsmiləşdirilməsini tələb edərlərsə və bu hal mülki qanunvericilik və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ziddiyyət təşkil etmirsə, notarius onların notariat qaydasında təsdiqlənmiş müvafiq ərizəsini alır, eləcə də çap edilmiş məlumatı onlara verir. Həmçinin, informasiya sistemində olan məlumatı çap edərək notariat işinə əlavə edir.”.

3. Aşağıdakı məzmunda 170-1-ci hissə əlavə edilsin:

“170-1. İcra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı bu Təlimatın 7-ci hissəsinin on altıncı abzasının məqsədləri üçün “Elektron notariat” informasiya sisteminə daxil edir.”.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında