№ 278
Bakı şəhəri, 7 iyul 2017-ci il
“Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 872; 2013, № 7, maddə 881; 2015, № 2, maddə 227; 2016, № 1, maddə 168) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1.3-cü yarımbənddə “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların” sözləri “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkə daxilində və xaricdən satın alınan damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti hesabına” sözləri ilə əvəz edilsin.
2. 3-cü hissədə “gübrələrin və” sözləri “gübrələrin, ölkə daxilində və xaricdən satın alınan” sözləri ilə və “həmin xəzinə” sözləri “xəzinə və ya hesablaşma” sözləri ilə əvəz edilsin.
3. Həmin qərarla təsdiq edilmiş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları” üzrə:
3.1. adında “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların” sözləri “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkə daxilində və xaricdən satın alınan damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti hesabına” sözləri ilə əvəz edilsin;
3.2. 1.1-ci bənddə “dövlət vəsaiti hesabına “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xaricdən idxal olunan damazlıq heyvanların” sözləri “dövlət büdcəsinin vəsaiti və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) dövriyyə vəsaiti hesabına həmin Cəmiyyət tərəfindən ölkə daxilində və xaricdən satın alınan (bundan sonra - Cəmiyyət tərəfindən satın alınan) damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti hesabına” sözləri ilə əvəz edilsin;
3.3. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.2. Cəmiyyət tərəfindən satın alınan damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti hesabına 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının əsas məqsədi ölkə ərazisində damazlıq heyvandarlığın inkişaf etdirilməsindən və onların baş sayının artırılmasından ibarətdir.”;
3.4. 2-ci hissənin adında “İdxal olunmuş damazlıq heyvanların” sözləri “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən satın alınan damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti hesabına” sözləri ilə əvəz edilsin;
3.5. 2.1-ci və 2.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“2.1. Cəmiyyət dövlət büdcəsindən ayrılan vəsait və özünün dövriyyə vəsaitləri hesabına satın aldığı damazlıq heyvanların zoobaytar tələblərinə cavab verən tövlələrdə karantin dövründə saxlanılmasını, xəstəliklərə qarşı yoxlanılmasını, qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam dəyərində sığortalanmasını təmin edir.
2.2. Damazlıq heyvanların güzəştlə lizinq yolu ilə istehsalçılara satışının təşkili üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayon (şəhər) üzrə daimi fəaliyyət göstərən komissiyalar yaradılır.”;
3.6. 2.4-cü bəndə “barədə” sözündən sonra “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi formada” sözləri əlavə edilsin;
3.7. 2.5-ci bənddən “(dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin)” sözləri çıxarılsın;
3.8. 2.6-cı və 2.7-ci bəndlərdə “xəzinə” sözü “hesablaşma” sözü ilə əvəz edilsin;
3.9. 3.1-ci bənddə “2008-2009-cu illərdə dövlət vəsaiti hesabına idxal etdiyi” sözləri “satın aldığı” sözləri ilə əvəz edilsin;
3.10. 3.2-ci bənddə “dövlət vəsaiti hesabına idxal olunmuş” sözləri “Cəmiyyət tərəfindən satın alınmış” sözləri ilə əvəz edilsin;
3.11. aşağıdakı məzmunda 3.3-cü bənd əlavə edilsin:
“3.3. Damazlıq heyvanların satın alınması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”;
3.12. Qaydalara əlavənin yuxarı sağ küncündə “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların” sözləri “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkə daxilində və xaricdən satın alınan damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti hesabına” sözləri ilə və adında “Dövlət vəsaiti hesabına idxal olunan” sözləri “Cəmiyyət tərəfindən satın alınan” sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.