Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 277

Bakı şəhəri, 7 iyul 2017-ci il

Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktlarının və onların struktur elementlərinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının ləğv edilməsi barədə

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 304-VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin  2016-cı il 18 oktyabr tarixli 1070 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bu qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan normativ hüquqi aktları və onların struktur elementləri ləğv edilsin.

2. Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin bu qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan hüquqi aktları və onların struktur elementləri Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının eyni münasibətləri tənzimləyən normativ xarakterli aktları Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi gündən qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası mərhələlərlə bu qərarın 2-ci hissəsində nəzərdə tutulan normativ xarakterli aktları təsdiq etsin və onların Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az və www.xalqqazeti.com  saytlarında tanış  ola bilərsiniz.

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 7 iyul

tarixli 277 nömrəli qərarına

1 nömrəli əlavə

 

Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğv edilən normativ hüquqi aktlar və onların struktur elementləri

  1. 2000-ci il 9 fevral tarixli 026 nömrəli əmrin 2-ci hissəsi ilə təsdiq olunmuş “Xarici hüquqi və fiziki şəxslərin qiymətli kağızlar bazarında iştirakı Qaydaları” və “Azərbaycan Respublikasının Dövlət və bələdiyyə qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi və tədavülü haqqında Qaydalar”.
  2. “Kredit təşkilatlarının depozit sertifikatları haqqında” Əsasnamənin təsdiq edilməsi haqqında” 2000-ci il 15 fevral tarixli 029 nömrəli əmrin 1-ci hissəsi.
  3. “Azərbaycan Respublikasında qiymətli kağızlar bazarında sığorta Standartları”nın təsdiq edilməsi barədə” 2000-ci il 24 mart tarixli 045 nömrəli əmr.
  4. “Azərbaycan Respublikasında fyuçerslərin tədavülü Qaydaları”nın təsdiq edilməsi haqqında” 2001-ci il 8 yanvar tarixli 007 nömrəli əmr.
  5. “Dövlət qiymətli kağızları ilə Azərbaycan Respublikası Milli Bankının repo/əks-repo əməliyyatlarının aparılması haqqında Qaydalar”ın təsdiq edilməsi haqqında” 2001-ci il 7 fevral tarixli 020 nömrəli əmr.
  6. “Azərbaycan Respublikasının Dövlət və bələdiyyə qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi və tədavülü haqqında Qaydalar”ına dəyişikliklərin təsdiq edilməsi haqqında” 2001-ci il 4 aprel tarixli 036 nömrəli əmr.
  7. “Azərbaycan Respublikası Milli Bankının qısamüddətli notlarının buraxılışı, yerləşdirilməsi və tədavülü  haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2001-ci il 4 iyun tarixli 049 nömrəli əmr.
  8. “Azərbaycan Respublikasında qiymətli kağızlar bazarında sığorta Standartları”na dəyişikliklərin edilməsi haqqında” 2001-ci il 10 iyul tarixli 070 nömrəli əmr.
  9. “Azərbaycan Respublikasının dövlət daxili uduşlu istiqrazlarının buraxılışı, tədavülü və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2001-ci il 20 iyul tarixli 079 nömrəli əmr.
  10.  “Girov kağızı haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2002-ci il 17 yanvar tarixli 013 nömrəli əmr.
  11.  “Gömrük ödənişlərinə sadə veksel vasitəsilə zəmanət verilməsinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi haqqında” 2002-ci il 4 aprel tarixli 62 nömrəli əmr.
  12. “Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bir sıra normativ hüquqi aktlarının qüvvədən düşməsi haqqında” 2002-ci il 11 aprel tarixli 66 nömrəli əmrin 3-cü və 4-cü hissələri.
  13. “Kredit təşkilatlarının depozit sertifikatları haqqında Əsasnamə”yə əlavələrin və dəyişikliklərin edilməsi haqqında” 2003-cü il 23 iyul tarixli 169 nömrəli əmr.
  14. “Bəzi normativ hüquqi aktlara əlavə və dəyişikliklərin təsdiq edilməsi haqqında” 2004-cü il 25 may tarixli 074 nömrəli əmrin 2-ci hissəsi.
  15. “Hüquqi şəxs olan sığortaedənlər ləğv olunduqda, onların məcburi dövlət sosial sığorta haqları üzrə Dövlət Sosial Müdafiə Fonduna olan borclarının ödənilməsində dövlət qiymətli kağızlarından, habelə kredit və digər təşkilatların veksellərindən istifadə edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 26 may tarixli 076 nömrəli əmr.
  16. “Azərbaycan Respublikası Milli Bankının qısamüddətli notlarının buraxılışı, yerləşdirilməsi və tədavülü  haqqında Qaydalar”ına əlavə və dəyişikliklərin edilməsi haqqında” 2004-cü il 2 sentyabr tarixli 151 nömrəli və 2008-ci il 2 aprel tarixli 034 nömrəli əmrlər.
  17. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin  2005-ci il 30 sentyabr tarixli 166 nömrəli əmrinin 1-ci və 2-ci hissələri.
  18. “Azərbaycan Respublikası ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən alkoqollu içkilərə, pivəyə, etil (yeyinti) spirtinə və tütün məmulatlarına tətbiq olunan dövlət aksiz markalarının sifarişi, satışı, uçotunun aparılması və onlardan istifadə olunması Qaydaları”na əlavə və dəyişikliklərin edilməsi haqqında” 2006-cı il 28 iyul tarixli 0143 nömrəli əmr.
  19. “Azərbaycan Respublikası Milli Bankının qısamüddətli notlarının buraxılışı, yerləşdirilməsi və tədavülü  haqqında” və “Dövlət qısamüddətli istiqrazları ilə Azərbaycan Respublikası Milli Bankının repo/əks-repo əməliyyatlarının aparılması haqqında müvəqqəti Qaydaları”na əlavə və dəyişikliklərin təsdiq edilməsi haqqında”  2006-cı il 29 sentyabr tarixli 0182 nömrəli əmr.
  20. “İnvestisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi Qaydaları”na əlavə və dəyişikliklərin təsdiq edilməsi haqqında” 2007-ci il 10 iyul tarixli 079 nömrəli əmr.
  21. “Bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyətə xüsusi razılıq (lisenziya) almış mətbəələrin aylıq hesabatının təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2008-ci il 7 may tarixli 054 nömrəli qərar.
  22.  2011-ci il 14 fevral tarixli 040/1 nömrəli əmrin 1-ci hissəsi ilə təsdiq edilmiş “İnvestisiya qiymətli kağızlarla repo əməliyyatlarının aparılması Qaydaları”.
  23.  “Bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyətin həyata keçirilməsinə dair Tələblər”in təsdiq edilməsi barədə” 2012-ci il 6 mart tarixli 03 nömrəli qərar.
  24.  “Dövlət istiqrazlarının emissiyası və tədavülü” Qaydalarının təsdiq edilməsi barədə” 2012-ci il  30 aprel tarixli 06 nömrəli qərarın 1-ci hissəsi.
  25.  “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərin avtomatlaşdırılması ilə əlaqədar inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” 2012-ci il 25 iyun tarixli 08 nömrəli qərar.
  26. “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərin avtomatlaşdırılması ilə əlaqədar inzibati reqlamentlərin təsdiq edilməsi haqqında”  Azərbaycan Respublikasının Qiymətli  Kağızlar üzrə Dövlət Komitəsinin 2012-ci il 25 iyun tarixli 08 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” 2012-ci il 27 dekabr tarixli 21 nömrəli və 2015-ci il 22 iyul tarixli 14-q nömrəli qərarlar.
  27. “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydaları”na dəyişikliklər edilməsi barədə” 2012-ci il 6 sentyabr tarixli 10 nömrəli qərarın 1-ci hissəsi.
  28. “İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”na dəyişikliklər edilməsi barədə” 2012-ci il 13 sentyabr tarixli 14 nömrəli və 14 dekabr tarixli 17 nömrəli qərarlar.
  29. “İnvestisiya fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında Qaydalar”a dəyişikliklər edilməsi barədə” 2012-ci il 12 dekabr tarixli 18 nömrəli və 2013-cü il 18 dekabr tarixli 5 nömrəli qərarlar.

 

_____________________

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 7 iyul

tarixli 277 nömrəli qərarına

2 nömrəli əlavə

 

Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktları və onların struktur elementləri və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ  xarakterli aktları

                          “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 9-q nömrəli qərarın 1-ci hissəsi. 

  1. “Qiymətli kağızlar bazarında emitentlər tərəfindən məlumatların açıqlanması Qaydaları”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 15-q nömrəli qərar. 
  2. “İnvestisiya qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda buraxılışı və yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli  8-q nömrəli qərarın 1-ci hissəsi.
  3. “Hüquqi şəxslərin yenidən təşkili zamanı investisiya qiymətli kağızlarının emissiyası və konvertasiyası Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 14-q nömrəli qərar.
  4. “Qiymətli kağızların dövlət reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 13-q nömrəli qərar.
  5. “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin kənar auditorlarına dair tələblər haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2015-ci il 29 sentyabr tarixli 11-q nömrəli qərar.
  6. “Emitentin idarəetmə hesabatlarına dair tələblər haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 10-q nömrəli qərarın 1-ci hissəsi.
  7. “Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında Qaydalar”ın təsdiq edilməsi barədə”  2016-cı il 27 yanvar tarixli 05 nömrəli qərarın 1-ci hissəsi.
  8. “İnvestisiya qiymətli kağızları ilə alqı-satqı əqdlərinin bağlanması Qaydaları”nın təsdiq edilməsi barədə” 2016-cı il 21 yanvar tarixli 02 nömrəli qərarın 1-ci hissəsi.
  9.  “Azərbaycan Respublikasında daşınmaz əmlak sertifikatları haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 11-q nömrəli qərarın 1-ci hissəsi.
  10. “Qiymətli kağızlar və onların emitentləri barədə tədqiqatlar aparan və onların nəticələrini yayan, həmçinin investisiya strategiyasını təklif və ya tövsiyə edən şəxslərin məlumatları açıqlaması Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 16-q nömrəli qərar.
  11.  “Səhmlərin birləşdirilməsi, xırdalanması və onların nominal dəyərinin artırılması zamanı səhmlərin emissiyası haqqında Qaydalar”ın təsdiq edilməsi barədə”  2016-cı il 3 fevral tarixli 18-q nömrəli qərar.
  12.  “İnvestisiya qiymətli kağızlarına abunə yazılışı və yerləşdirilməsi haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2016-cı il 27 yanvar tarixli 04 nömrəli qərar.
  13.  “Qiymətli kağızlara sərəncam verilməsinə dair notariat qaydasında təsdiqlənmiş müqavilələr üzrə ödənişlərin həyata keçirilməsi və həmin müqavilələrin depozitar sistemində qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 21 yanvar tarixli 01 nömrəli qərar.
  14.  “Fond birjasının məlumatları açıqlaması Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 14 dekabr tarixli 31-q nömrəli qərar.
  15.  “Törəmə maliyyə alətlərinin yerləşdirilməsi və tədavülü Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 14 dekabr tarixli 32-q nömrəli qərar.
  16.  “Depozitar qəbzlərinin buraxılışı, onların dövlət qeydiyyatına alınması və tədavülü Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 14 dekabr tarixli 30-q nömrəli qərar.
  17.  “Ticarətsonrası sistem və klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2015-ci il 3 dekabr tarixli 29-q nömrəli qərarın 1-ci hissəsi.
  18.  “İpoteka örtüyünün reyestrinin aparılması və sərəncamçı tərəfindən ipoteka örtüyünün yoxlanılmasının nəticələri barədə hesabata dair tələblər haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2015-ci il 17 noyabr tarixli 28-q nömrəli qərar.
  19.  “İpoteka istiqrazlarının və ipoteka örtüyünə daxil olan ipoteka kreditlərinin orta çəki metodu ilə ödəniş müddətlərinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 17 noyabr tarixli 27-q nömrəli qərar.
  20.  “Emitentin istiqraz buraxılışının maksimum həcminə dair tələblər haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2015-ci il 19 oktyabr tarixli 21-q nömrəli qərar.
  21.  “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin nizamnamə kapitalının minimum miqdarı və onun formalaşdırılması haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2015-ci il  29 sentyabr  tarixli 10-q nömrəli qərar.
  22.  “Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınması haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2015-ci il 29 sentyabr tarixli 09-q nömrəli qərarın 1-ci hissəsi.
  23.  “İnvestisiya qiymətli kağızlarının qiymətinin sabitləşdiril-məsi haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2015-ci il 29 sentyabr tarixli 04-q nömrəli qərar.
  24. “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin icra orqanlarının üzvlərinin və investisiya şirkətinin filiallarının rəhbərlərinin attestasiyasının keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 29 sentyabr tarixli 16-q nömrəli qərar.
  25.  “İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair ixtisas şəhadətnamələrinin alınması məqsədi ilə attestasiya keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 29 sentyabr tarixli 13-q nömrəli qərarın 1-ci hissəsi.
  26. “Lotereyaların təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 2 may tarixli 4 nömrəli qərarın 1-ci hissəsi.
  27. “İnvestisiya fondunun depozitarı tərəfindən pul hesab-larının açılması, aparılması və pul köçürmələrinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə”  2012-ci il 23 noyabr tarixli 15 nömrəli qərar.
  28.  “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 17 fevral tarixli                02 nömrəli qərarın 1-ci hissəsi.
  29. “Azərbaycan Respublikası ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən alkoqollu içkilərə, pivəyə, etil (yeyinti) spirtinə və tütün məmulatlarına tətbiq olunan dövlət aksiz markalarının sifarişi, satışı, uçotunun aparılması və onlardan istifadə olunması Qaydaları”nın təsdiq edilməsi barədə” 2002-ci il 14 yanvar tarixli 009 nömrəli əmrin 1-ci hissəsi.
  30. “İnvestisiya şirkətinin hesabatlarının tərtib və təqdim olunma Qaydası”nın təsdiq olunması barədə” 2016-cı il 3 fevral tarixli 17-q nömrəli qərarın 1-ci hissəsi.
  31. “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 12-q nömrəli qərarın 1-ci hissəsi .
  32. “İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2015-ci il 29 sentyabr tarixli 12-q nömrəli qərarın 1-ci hissəsi.
  33. “Qiymətli kağızlar bazarında marja ticarətinə dair Qayda-lar”ın təsdiq edilməsi barədə” 2015-ci il 29 sentyabr tarixli 14-q nömrəli qərar.
  34. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bir sıra normativ hüquqi aktların təsdiqi barədə” 2011-ci il 3 avqust tarixli 01 nömrəli qərarın 1-ci hissəsi.
  35. “Azərbaycan Respublikasında veksellərin dövriyyəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2000-ci il 2 fevral tarixli 022 nömrəli əmr.
  36. “Azərbaycan Respublikasında xəzinə veksellərinin buraxıl-ması və dövriyyəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2000-ci il 19 sentyabr tarixli 159 nömrəli əmr.
  37. “Kredit təşkilatlarında veksellərin uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 29 dekabr tarixli 191 nömrəli əmr.
  38. “Sənədləşdirilmiş emissiya qiymətli kağızların sertifikat-larının məcburi rekvizitləri”nin təsdiq edilməsi haqqında”  1999-cu il 19 noyabr tarixli 67 nömrəli əmr.
  39. “Xarici emitentlərin qiymətli kağızlarının Azərbaycan Respublikasında tədavülə buraxılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2000-ci il 6 sentyabr tarixli 155 nömrəli əmr.
  40. “Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı,  qeydiyyatı və tədavülü Qaydaları”nın təsdiq edilməsi haqqında” 2000-ci il 29 sentyabr tarixli 167 nömrəli əmr.
  41. “İnvestisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 8 iyun tarixli 079 nömrəli əmr.

43. Ləğv edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktları:

43.1. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmalar barədə statistik məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunma Forması barədə” 2011-ci il 9 fevral tarixli 005 nömrəli qərar;

43.2. “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair Tələblər barədə” 2010-cu il 25­ iyun tarixli 002 nömrəli qərar;

43.3. “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair Tələblər barədə” 2010-cu il 21 sentyabr  tarixli 004 nömrəli qərar.

____________________

 

          №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında