Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 267

Bakı şəhəri, 21 iyun 2017-ci il

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299, № 8, maddə 550, № 10, maddə 639; 1999, № 2, maddə 150; 2000, № 5, maddə 374, № 7, maddə 559, № 8 (III kitab), maddə 643, № 9, maddələr 690, 699, 700, № 10, maddə 770; 2001, № 4, maddə 289, № 8, maddə 561; 2002, № 4 (II kitab), maddələr 209, 212; 2005, № 1, maddə 56; 2006, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2008, № 7, maddələr 672, 687; 2009, № 9, maddələr 742, 744, № 12, maddələr 1061, 1071; 2010, № 7, maddə 706, № 12, maddə 1114; 2011, № 1, maddə 68, № 8, maddə 774; 2012, № 1, maddə 39, № 7, maddə 779, № 10, maddə 1020; 2013, № 11, maddə 1458; 2014, № 4, maddə 456; 2015, № 7, maddə 895; 2016, № 4, maddə 801, № 8, maddələr 1432, 1460, № 12, maddə 2213; 2017, № 2, maddə 312) aşağıdakı məzmunda 4.28-ci bənd əlavə edilsin:

“4.28. “Velosiped istehsalı məqsədi ilə gömrük rüsumlarından azad olunmaqla idxal edilən ehtiyat hissələrinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilsin (əlavə olunur).”.

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2 (iki) il müddətində qüvvədədir.

Artur Rasi-zadə,
Azərbaycan Respublikasının
Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az və www.xalqqazeti.com  saytlarında tanış ola bilərsiniz.

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 21 iyun

tarixli 267 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Velosiped istehsalı məqsədi ilə gömrük rüsumlarından azad olunmaqla idxal edilən ehtiyat hissələrinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə

 

S İ Y A H I S I

 

XİFMN üzrə kodu

 

Mal mövqelərinin adları

1

2

3917 32 000 0

Armaturlaşdırılmamış və ya ayrı materiallarla hər hansı bir formada birləşdirilməmiş, fitinqlərsiz  velosipedlərin əyləc trosları üçün  plastmasdan borucuqlar

3919 10 120 0

Eni 20 sm-dən çox olmayan rulonlarda  vulkanlaşdırılmamış təbii və ya sintetik kauçukdan örtü ilə  plastikləşdirilmiş polivinil-xloriddən və ya polietilendən zolaqlar və ya lentlər

3919 10 150 0

Eni 20 sm-dən çox olmayan rulonlarda vulkanlaşdırılmamış təbii və ya sintetik kauçukdan örtü ilə polipropilendən zolaqlar və ya lentlər

3919 10 190 0

Eni 20 sm-dən çox olmayan rulonlarda  vulkanlaşdırılmamış təbii və ya sintetik kauçukdan örtü ilə  digər zolaqlar və ya lentlər

3919 10 800 0

Eni 20 sm-dən çox olmayan rulonlarda digər plastmasdan digər örtü ilə  zolaqlar və ya lentlər

3926 90 970 9-dan

Plastmasdan velosiped bayraqları

4010 31 000 0-dan

Velosipedlər üçün çevrəsinin uzunluğu 60 sm-dən çox olan, lakin 180 sm-dən artıq olmayan,  tilli, en kəsiyi trapesşəkilli olan  sonsuz ötürücü qayışlar (klinli qayışlar)

4011 50 000 0-dan

Velosipedlər üçün  təzə pnevmatik rezin şinlər

4012 90 900 0

Rezin çənbər lentləri

4013 20 000 0-dan

Velosipedlər üçün  rezin kameralar

1

2

4202 92 980 0-dan

Üz səthi toxuculuq materiallarından olan velosiped əl açarları və ləvazimatları üçün futlyarlar

7009 10 000 0-dan

Velosipedlər üçün arxa görünüş güzgüləri

7315 11 100 0-dan

Velosipedlərdə istifadə edilən qara metallardan olan rolikli şarnir zəncirləri

7315 19 000 0-dan

Velosipedlərdə istifadə edilən qara metallardan olan rolikli şarnir zəncirlərinin hissələri

7318 15 590 0

Xaçabənzər şlitsli başlıqlarla digər qara metallardan digər vintlər, boltlar, qaykaları və ya şaybaları ilə, dəstdə və ya onlarsız

7318 15 690 0

Digər qara metallardan  daxili  altıbucaqlı  başlıqlarla  digər vintlər və boltlar, qaykaları və ya şaybaları ilə, dəstdə və ya onlarsız

7318 15 810 0

Dartılma möhkəmliyi  həddi 800 MPa-dan az olan digər qara metallardan  altıbucaqlı  başlıqlı  boltlar,  qaykaları  və  ya şaybaları ilə, dəstdə və ya onlarsız

7318 15 890 0

Dartılma möhkəmliyi  həddi  800 MPa və ya daha çox olan digər  qara  metallardan  altıbucaqlı  başlıqlı  digər  boltlar, qaykaları və ya şaybaları ilə, dəstdə və ya onlarsız

7318 15 900 0

Digər vintlər və boltlar, qaykaları və ya şaybaları ilə, dəstdə və ya onlarsız

7318 16 100 0

Deşiyinin diametri 6 mm-dən çox olmayan, çubuqlardan, profillərdən və ya  bütöv enkəsikli məftillərdən yonulmuş qara metallardan qaykalar

7318 16 500 0

Digər qara metallardan özüstoporlaşan (dayanan) qaykalar

7318 16 910 0

Daxili diametri 12 mm-dən çox olmayan digər qara metallardan qaykalar

7318 16 990 0

Daxili diametri 12 mm-dən çox olan digər qara metallardan qaykalar

7318 19 000 0

Qara metallardan yivlə təchiz edilmiş digər məmulatlar

7318 21 000 0

Qara metallardan yivsiz yaylı şaybalar və digər stopor şaybaları

7318 22 000 0

Qara metallardan yivsiz digər şaybalar

7318 23 000 0

Qara metallardan yivsiz pərçimlər

7318 24 000 0

Qara metallardan yivsiz şponlar və şplintlər

7318 29 000 0

Qara metallardan digər yivsiz məmulatlar

7604 21 000 0-dan

Velosipedlərin təkər çənbərləri üçün alüminium ərintilərindən içi boş profillər

7604 29 900 0-dan

Velosipedlərin təkər çənbərləri üçün alüminium ərintilərindən  digər profillər

1

2

8204 11 000 0-dan

Velosipedlər üçün aralanmayan əl qayka açarları

8301 40 900 0-dan

Velosipedlər üçün qıfıllar

8307 10 000 9-dan

Fitinqlərlə və onlarsız  velosipedlər üçün qiymətsiz metallardan  digər elastik borular

8306 10 000 0-dan

Qiymətsiz metallardan velosiped zəngləri

8413 20 000 9-dan

Velosipedlər üçün əl nasosları

8482 10 100 0

Ən böyük xarici diametri 30 mm-dən çox olmayan  diyircəkli podşipniklər

8482 10 900 0

Digər diyircəkli podşipniklər

8501 20 000 0-dan

Velosipedlər üçün gücü 37,5 Vt-dan çox olan dəyişən/sabit cərəyanlı   universal mühərriklər

8501 31 000 9-dan

Velosipedlər üçün gücü 750 Vt-dan çox olmayan digər sabit cərəyanlı mühərriklər və sabit cərəyanlı generatorlar

8501 32 000 9-dan

Velosipedlər üçün gücü 750 Vt-dan çox olan, lakin 75 kVt-dan  çox  olmayan  sabit  cərəyanlı  mühərriklər  və  sabit cərəyanlı generatorlar

8501 33 000 9-dan

Velosipedlər üçün gücü 75 kVt-dan çox olan, lakin 375 kVt-dan  çox  olmayan  sabit  cərəyanlı  mühərriklər  və  sabit cərəyanlı generatorlar

8504 40 550 0-dan

Elektrik velosipedlərin akkumulyatorlarının yüklənməsi üçün qurğular

8507 60 000 9-dan

Velosipedlər üçün litium-ionlu elektrik akkumulyatorlar

8507 80 000 9-dan

Velosipedlər üçün digər elektrik akkumulyatorlar

8512 10 000 0-dan

Velosipedlərdə istifadə olunan işıqlandırıcı və ya vizual siqnalizasiya cihazları

8714 91 100 0

8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün ramalar

8714 91 300 0

8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün qabaq haçalar

8714 91 900 0

8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün ramaların və qabaq haçaların hissələri

8714 92 100 0

8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün çənbərlər

8714 92 900 0

8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün millər

8714 93 100 0

8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün ötmə muftalarsız və ya əyləc qurğularsız çarx topları

8714 93 900 0

8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün ötmə muftalarının zəncir ulduzcuqları

1

2

8714 94 100 0

8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün sərbəst hərəkətli çarx topları və vtulkalı əyləclər

8714 94 300 0

8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün digər əyləclər

8714 94 900 0

8711  və  8712  mal  mövqelərindəki  velosipedlər  üçün əyləclərin,  sərbəst  hərəkətli  əyləc  çarx  toplarının  və    vtulkalı əyləclərin hissələri

8714 95 000 0

8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün yəhərlər

8714 96 100 0

8711 və 8712 mal  mövqelərindəki velosipedlər üçün pedallar

8714 96 300 0

8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün əyrişip mexanizmləri

8714 96 900 0

8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün pedalların və əyrişip mexanizmlərinin hissələri

8714 99 100 0

8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün sükanlar, tutacaqlar

8714 99 300 0

8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün yük yerləri

8714 99 500 0

8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün sürət dəyişdirici qurğular

8714 99 900 0

8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün digərləri; hissələr

9029 20 310 0-dan

Velosipedlər üçün spidometrlər

9503 00 100 0-dan

Uşaqlar üçün üçtəkərli velosipedlərin hissələri

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında