Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 258

Bakı şəhəri, 14 iyun 2017-ci il

“Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”in təsdiq edilməsi haqqında

“Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının ləğv edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası ilə əlaqədar bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 avqust tarixli 2255 nömrəli Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” təsdiq edilsin (əlavə olunur).

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 14 iyun

tarixli 258 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər

 

1. Ümumi müddəalar

 

  1.1. “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” (bundan sonra – Sənəd) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtlərini, o cümlədən vəsaitlərin verilməsi prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələbləri müəyyən edir.

1.2. Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların (bundan sonra – qrant) ayrılmasında başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

1.3. Qrantın ayrılması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ildə bir dəfə müsabiqə keçirilir. Qrant müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi rəsmi internet saytı və digər kütləvi informasiya vasitələri ilə ictimaiyyəti məlumatlandırır və müsabiqə ilə bağlı informasiya həmin saytda yerləşdirilir.

1.4. Müsabiqənin keçirilməsi üçün Azərbaycan Respublika-sının Təhsil Nazirliyi tərəfindən tərkibi 5 (beş) nəfərdən ibarət Təşkilat Komitəsi yaradılır. Təşkilat Komitəsinin iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə baş tutmuş hesab olunur. Təşkilat Komitəsinin iclaslarında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Təşkilat Komitəsinin sədri həlledici səsə malikdir.

1.5. Qrant müsabiqəsi üzrə mövzular prioritet sahələr nəzərə alınmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.

1.6. Qrant müsabiqəsi 2 kateqoriya – ümumi təhsil müəssisələri və fərdi layihələr üzrə keçirilir.

1.7. Müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisəli məsələlərə baxılması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 3 (üç) nəfər üzvdən ibarət Apelyasiya Komissiyası yaradılır. Apelyasiya Komissiyasının iclasları onun üzvlərinin hamısı iştirak etdikdə baş tutmuş hesab olunur. Apelyasiya Komissiyasının iclaslarında qərarlar açıq səsvermə yolu ilə üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir.

1.8.  Təşkilat Komitəsi və Apelyasiya Komissiyası ictimai əsaslarla fəaliyyət göstərir.

1.9.   Qrantlar və müsabiqənin keçirilməsi ilə bağlı tələb olunan xərclər hər il bu məqsədlə dövlət büdcəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

 

2. Qrantların məbləği və ayrılması şərtləri

 

2.1. Ümumi təhsil müəssisələri kateqoriyası üzrə bir layihə üçün ayrılmış qrant məbləğinin dəyəri 100000 (yüz min) manatdan, fərdi layihələr kateqoriyası üzrə isə 10000 (on min) manatdan çox olmamalıdır.

2.2. Ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə istənilən dövlət tam orta ümumi təhsil müəssisəsi iştirak edə bilər.

2.3. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə müraciət edə bilərlər.

2.4.  Fərdi layihələr kateqoriyası üzrə müsabiqədə iştirak üçün mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində işləyən pedaqoji işçilər müraciət edə bilərlər.

2.5.  Müsabiqədə iştirak etmək istəyən dövlət ümumi təhsil müəssisələri və mülkiyyət formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər müsabiqənin rəsmi internet səhifəsində qeydiyyatdan keçirlər.

2.6. Müsabiqəyə ümumi təhsil müəssisələri və pedaqoji işçilər tərəfindən yalnız 1 layihə təqdim edilə bilər.

2.7. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr müsabiqə çərçivəsində əlavə və ya təkrar maliyyələşdirilmir.

2.8. Müsabiqə çərçivəsində maliyyələşdirilmiş və icrası başa çatmamış layihələrin resipiyentlərinin yeni müsabiqədə iştirakına yol verilmir.

2.9. Layihəsinin icrası başa çatmış, lakin layihənin icrası ilə bağlı hesabatları yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixədək  Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etməmiş ümumi təhsil müəssisələrinin və pedaqoji işçilərin müraciətlərinə baxılmır.  

2.10. Layihələr elektron formada, bu sənədlə müəy-yənləşdirilmiş Ərizə (müvafiq olaraq 1 və 3 nömrəli əlavələr) və ümumi təhsil müəssisələri və pedaqoji işçilər tərəfindən təklif olunan layihə (bundan sonra – layihə təklifi) formasına (müvafiq olaraq 2 və 4 nömrəli əlavələr) uyğun təqdim edilir.

2.11. Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

2.12. Siyasi, dini, xeyriyyə fəaliyyətini, xaricdə təhsili, humanitar yardımı və gəlirin artırılmasını nəzərdə tutan layihə təkliflərinə baxılmır.

 

3. Qiymətləndirilmə üzrə tələblər

 

3.1. Layihə təklifləri Təşkilat Komitəsi tərəfindən layihələrin təqdim edilməsi üçün müəyyənləşdirilmiş son tarixdən sonra 30 gün ərzində qiymətləndirilir və müsabiqənin qalibi olmuş layihələr barədə məlumat Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi internet saytı və digər kütləvi informasiya vasitələri ilə ictimaiyyətə elan olunur.

3.2. Müsabiqəyə təqdim olunmuş layihələrin qiymətləndirilməsi texniki ekspertiza və məzmun ekspertizası mərhələlərində həyata keçirilir.

3.3. Layihələrin texniki ekspertizası aşağıdakı ardıcıllıqla Təşkilat Komitəsi tərəfindən həyata keçirilir:

3.3.1. layihə təkliflərinin və əlavə olunmuş sənədlərin bu Sənədin 1-6 nömrəli əlavələrinə və müsabiqənin şərtlərinə uyğunluğunu yoxlayır;

3.3.2. layihə təkliflərinin oxşarlığını və ya təkrar verilmə ehtimalını müəyyənləşdirir;

3.3.3. layihəni təqdim etmiş ümumi təhsil müəssisələrinin və ya pedaqoji işçilərin Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə əvvəl icra etdikləri layihələrin səmərəliliyini və nəticələrini araşdırır.

3.4. Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin məzmun ekspertizasını həyata keçirmək üçün Təşkilat Komitəsi tərəfindən təhsil mütəxəssislərindən ibarət Ekspert Qrupu yaradılır. Ekspert Qrupu 5 (beş) üzvdən ibarət olur. Ekspert Qrupunun iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə baş tutmuş hesab olunur. Ekspert Qrupunun iclaslarında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Ekspert Qrupunun sədri həlledici səsə malikdir.

3.5. Ekspert Qrupu:

3.5.1. layihə təklifinin prioritet sahələrə uyğunluğunu, ictimai əhəmiyyətliliyini, səmərəli və real olmasını, habelə davamlılıq amillərini qiymətləndirir;

3.5.2. layihə təkliflərinin büdcəsini araşdırır;

3.5.3. hər bir layihə üzrə bu Sənədin 3.6-cı bəndində qeyd olunan meyarlar əsasında bal verir.

3.6. Müsabiqəyə təqdim edilmiş layihələr Ekspert Qrupu tərəfindən 100 ballıq şkala ilə qiymətləndirilir və qiymətləndirmə meyarları aşağıdakılardır:

3.6.1. uyğunluq – layihənin müsabiqənin elanında qeyd edilən prioritet sahələrə uyğunluğu – 5 bal;

3.6.2. orijinallıq – layihənin digər layihə təkliflərindən fərqli olması – 5 bal;

3.6.3. problemin vacibliyi – layihədə qaldırılan problemin aktuallığı və əsaslandırılması – 10 bal;

3.6.4. məqsəd və vəzifələrin dəqiqliyi – layihənin məqsədinin konkretliyi və problemin həllinə uyğunluğu, layihənin vəzifələrinin aydın təsvir olunması və qoyulan məqsədə çatmağa yönəldilməsi – 10 bal;

3.6.5. faydalılıq – təhsilin inkişafına verəcəyi töhfə və mövcud problemin həllinə zəmin yaratması – 20 bal;

3.6.6. davamlılıq – qazanılan müsbət təcrübənin geniş miqyasda yayılmasının və digər ümumi təhsil müəssisələrində tətbiqinin mümkünlüyü – 10 bal;

3.6.7. fəaliyyət planı – layihə çərçivəsində görüləcək işlərin reallığı, aydın təsvir olunması, ardıcıllığı, qaldırılan problemin həllinə, qoyulan məqsəd və vəzifələrə çatmağa yönəldilməsi – 10 bal;

3.6.8. monitorinq və qiymətləndirmə – layihənin monitorinq və qiymətləndirmə metodologiyalarının effektivliyi – 10 bal;

3.6.9. maliyyə səmərəliliyi – layihənin smetasının görüləcək işlərə uyğunluğu – 20 bal.

3.7. Qiymətləndirmə nəticəsində ümumilikdə 50 baldan aşağı bal toplamış layihələr maliyyələşdirilmir.

3.8. Ekspert Qrupu bu Sənədin 3.6-cı bəndinə  uyğun olaraq, hər bir layihə haqqında rəy hazırlayır və Təşkilat Komitəsinə təqdim edir.

3.9. Ekspert Qrupunun təqdim etdiyi rəy Təşkilat Komitəsində müzakirə olunur və Təşkilat Komitəsinin təqdimatı əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi layihələrin maliyyələş-dirilməsi barədə qərarlar qəbul edir və nəticələri rəsmi internet səhifəsində dərc etdirir.

3.10. Qrant alınmasına dair qərar (müqavilə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na uyğun olaraq qeydə alınması üçün qeydiyyat orqanına təqdim edilməlidir.

 

4. Monitorinqlərin aparılması üzrə tələblər

 

  4.1. Maliyyələşdirilmiş layihələrin icrasına nəzarət məqsədi ilə monitorinqlər keçirilir.

   4.2. Layihələrin icrası və nəticələri ilə bağlı monitorinq Təşkilat Komitəsi tərəfindən aparılır. Digər hüquqi və fiziki şəxslər də monitorinqin aparılmasına cəlb edilə bilərlər.

4.3. Monitorinqin səmərəli aparılması üçün resipiyent tərəfindən şərait yaradılır, layihənin icra vaxtı və keçiriləcəyi məkan haqqında Təşkilat Komitəsinə əvvəlcədən məlumat verilir.

   4.4. Təşkilat Komitəsi layihənin icra müddətində resipiyenti məlumatlandırmadan həyata keçirilən fəaliyyətlərin monitorinqini apara bilər.

   4.5. Resipiyent layihənin icrası və hesabatı müddətində aparılan monitorinq zamanı müvafiq sənəd qovluğunu Təşkilat Komitəsinə təqdim etməlidir.

 

5. Vəsaitlərin verilməsi prosedurları üzrə tələblər

 

5.1. Ümumi təhsil müəssisələri kateqoriyası üzrə maliy-yələşdirilməsi barədə qərar qəbul olunmuş layihələrə ayrılacaq qrantlar bağlanılmış qrant müqaviləsi əsasında 3 mərhələdə ödənilir. Birinci mərhələdə vəsaitin 30 faizi, ikinci mərhələdə 40 faizi və layihənin yekun hesabatı təqdim edildikdən sonra isə qalan 30 faizi nağdsız qaydada ödənilir. Fərdi layihələr kateqoriyası üzrə maliyyələşdirilməsi barədə qərar qəbul olunmuş layihələrə ayrılacaq qrantlar mövcud qanunvericiliyə uyğun qaydada bağlanılmış qrant müqaviləsi əsasında 2 mərhələdə ödənilir. Birinci mərhələdə vəsaitin 70 faizi, ikinci mərhələdə isə qalan 30 faizi nağdsız qaydada ödənilir.

5.2. Resipiyentlər layihənin smetasını bu Sənədin 5 nömrəli əlavəsinə əsasən müəyyən edilmiş formada tərtib etməlidirlər.

5.3. Resipiyentə ayrılmış maliyyə vəsaiti Təşkilat Komitəsi tərəfindən təsdiq edilmiş layihənin icra planına (6 nömrəli əlavə) və xərclər smetasına (5 nömrəli əlavə) uyğun xərclənməlidir. Fəaliyyət planında və xərclər smetasında dəyişiklik etmək zərurəti yaranarsa, dəyişikliklər əvvəlcədən Təşkilat Komitəsi ilə razılaşdırılmalıdır.

5.4. Bu müsabiqə çərçivəsində hər iki kateqoriya üzrə əldə edilmiş qrant vəsaiti aşağıdakı istiqamətlər üzrə xərclənir:

5.4.1. laboratoriya, kompüter və digər avadanlıqların alınma-sına;

5.4.2. layihədə iştirak edən yerli və beynəlxalq təlimçi və ekspertlərə qonorar ödənilməsinə;

5.4.3. layihə çərçivəsində nəzərdə tutulan yerli və beynəlxalq səfərlər zamanı ezamiyyə xərclərinə;

5.4.4. tədris resurslarının, elmi-metodik ədəbiyyatın alın-masına;

5.4.5. layihənin icrasında iştirak edən şagird və pedaqoji işçilərə mükafat verilməsinə;

5.4.6. rabitə və internet xərclərinin ödənilməsinə;

5.4.7. təlim, seminar və digər tədbirlərin keçirilməsi üçün yerin icarəsinə;

5.4.8. tədbir iştirakçılarının yemək və yaşayış xərclərinə;

5.4.9. dəftərxana ləvazimatlarının alınmasına;

5.4.10. nəqliyyatın icarəsinə;

5.4.11. tədbirlərin təşkili xərclərinə;

5.4.12. çap xərclərinə;

5.4.13. layihənin həyata keçirilməsi ilə bağlı Təşkilat Komitəsi ilə razılaşdırılmış digər zəruri xərclərə.

 

6. Hesabat üzrə tələblər

 

6.1. Ümumi təhsil müəssisələri və fərdi layihələr kateqoriyaları üzrə layihələrin icrası başa çatdıqdan sonra 30 gündən gec olmayaraq, müvafiq icra və maliyyə hesabatları təsdiqləyici sənədlərlə birlikdə Təşkilat Komitəsinə təqdim edilir.

6.2. Layihə üçün ayrılmış vəsait tam xərclənmədikdə, qalıq məbləğ Azərbaycan Respublikası Təhsil Nazirliyinin hesabına qaytarılır.

6.3. Hesabatlar yoxlanıldıqdan sonra Təşkilat Komitəsi tərəfindən təsdiq edilir və bu barədə resipiyent yazılı surətdə məlumatlandırılır.

6.4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi resipiyentə ayrılmış maliyyə vəsaitinin təyinatı üzrə xərclənmədiyini və ya digər pozuntular aşkar edərsə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vəsaitin qaytarılması üçün tədbirlər həyata keçirir.

 

____________________

 

 

 

“Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”ə

 

1 nömrəli əlavə

 

 

 

 

 

 

Azərbaycan   Respublikası    Təhsil   Nazirliyinin   təhsildə inkişaf və  innovasiyalar   qrant  müsabiqəsi  çərçivəsində ümumi təhsil müəssisələrinin maliyyə yardımı almaq üçün 

 

Ərizə forması

 

1. Ümumi məlumat

 

1.1.

Ümumi təhsil müəssisəsinin adı

 

1.2.

Ümumi təhsil müəssisəsinin yerləşdiyi şəhər və ya rayonun adı

 

1.3.

Ümumi təhsil müəssisəsinin poçt ünvanı və indeksi

 

1.4.

Ümumi təhsil müəssisəsinin direktorunun soyadı, adı və atasının adı

 

 

iş telefonu

 

 

ev telefonu

 

 

mobil telefonu

 

 

elektron poçt ünvanı

 

1.5.

Layihənin adı

 

1.6.

Layihənin istiqaməti 

(Təhsil Nazirliyinin  müsabiqəyə aid  elanında verilmiş istiqamətlərdən  biri nəzərdə tutulur)

 

1.7.

Layihə rəhbərinin (əgər ümumi təhsil müəssisəsinin direktoru  deyildirsə) soyadı, adı, atasının adı və tutduğu vəzifə

 

 

layihə rəhbərinin iş telefonu

 

 

layihə rəhbərinin ev telefonu

 

 

layihə rəhbərinin mobil telefonu

 

 

layihə rəhbərinin elektron poçt ünvanı

 

1.8.

Layihə çərçivəsində əməkdaşlıq edəcəyiniz digər ümumi təhsil müəssisələrinin adı (əgər varsa)

 

1.9.

Layihənin müddəti

 

1.10.

Layihənin ümumi məbləği

 

1.11.

Qrant üçün tələb olunan məbləğ

 

 

2. Ümumi təhsil müəssisəsi haqqında məlumat

 

2.1.

Ümumi təhsil müəssisəsinin yaranma tarixi

 

2.2.

Ümumi təhsil müəssisəsinin əsas fəaliyyət istiqaməti (ibtidai, ümumi orta, tam orta, lisey, gimnaziya)

 

2.3.

Ümumi təhsil müəssisəsinin işçilərinin ümumi sayı

 

2.4.

Ümumi təhsil müəssisəsinin pedaqoji heyətinin sayı

 

2.5.

Ümumi təhsil müəssisəsinin texniki imkanları

(kompüter texnikasının sayı)

 

2.6.

Ümumi təhsil müəssisəsinin şagirdlərinin sayı (cari tədris ilinə)

 

2.7.

Ümumi təhsil müəssisəsinin son 3 ildə ali məktəblərə daxil olan məzunlarının illər üzrə faiz göstəricisi

 

2.8

Ümumi təhsil müəssisəsinin son 3 ildə 9-cu sinif buraxılış imtahanlarında hər iki fəndən müsbət qiymət alan şagirdlərinin sayı və faiz göstəricisi

 

 

 

 

3. Ümumi təhsil müəssisəsinin həyata keçirdiyi layihələr

 

Aşağıdakı formaya uyğun olaraq ümumi təhsil müəssisəsinin son 3 ildə həyata keçirdiyi layihələr barədə  məlumat verilməlidir.

 

Sıra №-si

Layihənin adı

Həyata keçirilmə müddəti

Məbləği

Donoru

1.

 

 

 

 

2.

 

 

 

 

3.

 

 

 

 

4.

 

 

 

 

5.

 

 

 

 

 

Qoşmalar:

 

Sıra

№-si

 

Sənədin adı

 

Forması

1.

Layihənin icrasına cəlb ediləcək əsas əməkdaşların tərcümeyi-halı (CV) və işinin təsviri

elektron variantda

2.

Birgə layihələr olduğu təqdirdə, birgə fəaliyyətə dair imzalanmış müqavilə

kompüterdə yığılmış  çap formasında və ya skan olunmuş (imzalanmış və möhürlənmiş)

3.

Dəstək məktubları (əgər varsa)

surətləri (skan olunmuş)

 

__________________

 

 

“Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”ə

 

                            2 nömrəli əlavə

 

 

Layihə təklifinin forması

(ümumi təhsil müəssisələri üçün)

 

Qeyd. Ekspertizaya yalnız layihə təklifi təqdim olunur.

 

1. Layihənin adı

Layihənin adını aydın və dəqiq yazın.

 

2. Problemin qoyuluşu (1-2 səhifə)

Layihədə həllinə çalışmaq istədiyiniz problemi (məsələni) təsvir edin. Problemin Azərbaycan Respublikasında təhsil sahəsinin inkişafı üçün aktual olduğunu əsaslandırın.

 

3. Layihənin məqsəd və vəzifələri (0,5-1 səhifə)

Layihənin məqsədini 1 cümlədə ifadə edin. Qarşıya qoyulmuş vəzifələrin müəyyən zaman çərçivəsində reallığa uyğun olaraq spesifik, ölçülə bilən olmasına diqqət yetirin.

 

4. Görüləcək işlər (3-5 səhifə)

Həyata keçiriləcək fəaliyyət növlərinin qısa təsvirini, icra müddətini ardıcıllıqla qeyd edin. Hər bir fəaliyyət növü üzrə əldə ediləcək nəticələri konkret olaraq təsvir edin.

 

5. Layihənin icra müddəti (0,5 səhifə)

Layihənin əhatə etdiyi müddəti qeyd edin.

Layihənin icra planı ayrıca cədvəl şəklində tərtib edilərək, layihəyə əlavə olunmalıdır.

 

6. Gözlənilən nəticələr (1-2 səhifə)

Layihənin həyata keçirilməsinin sonunda əldə ediləcək nəticələri təsvir edin. Layihənin təsvir edilən problemin həllinə necə təsir edəcəyi barədə məlumat verin.

7. Layihə çərçivəsində qurulacaq əməkdaşlıq (0,5-1 səhifə)

    Layihənin icrası zamanı digər ümumi təhsil müəssisələri, dövlət qurumları,  QHT-lər, şirkətlər və beynəlxalq təşkilatlar ilə qurulacaq əməkdaşlıqların hansı formada olacağını təsvir edin.

8. Layihənin monitorinqi və davamlılığı (1-2 səhifə)

Layihənin icrası və  nəticələri  haqqında ictimaiyyətin məlumatlandırılması və  informasiya əldə edilməsi yollarını  göstərin.  Layihənin icrası başa çatdıqdan sonra onun davamlılığının təmin olunması istiqamətində görəcəyiniz işləri qeyd edin.

 

9. Layihənin qiymətləndirilməsi və hesabatlılığı (1-2 səhifə)

Layihənin qiymətləndirilməsi meyarlarını və hesabatlılıq formalarını qeyd edin. Nail olunmuş dəyişikliyin hansı meyarlar əsasında müəyyənləşdiriləcəyini izah edin.

 

10. Layihənin büdcəsi

Layihənin büdcəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formaya uyğun tərtib olunmalı və layihəyə əlavə edilməlidir.

 

Qoşmalar:

 

Sıra

№-si

Sənədin adı

Forması

1.

Layihə təklifi

tam formada elektron variantda layihə təklifi

2.

Layihənin icra planı

elektron variantda icra planı

3.

Layihənin xərclər smetası

Microsoft Excel proqramında tərtib olunmalıdır;

layihənin hesablamalar baxımından proqramlaşdırılmış büdcəsi

 

 

“Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”ə

                              3 nömrəli əlavə

 

 

 

 

 

 

Azərbaycan Respublikası Təhsil  Nazirliyinin  təhsildə inkişaf və innovasiyalar qrant müsabiqəsi çərçivəsində ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilərinin maliyyə yardımı almaq üçün 

 

Ərizə forması

 

 

1. Ümumi məlumat

 

1.1.

Hal-hazırda işlədiyiniz dövlət ümumi təhsil müəssisənin adı

 

1.2.

Çalışdığınız ümumi təhsil müəssisəsinin yerləşdiyi şəhər və ya rayonun adı

 

1.3.

Çalışdığınız ümumi təhsil müəssisəsinin direktorunun soyadı, adı və atasının adı

 

 

iş telefonu

 

 

ev telefonu

 

 

mobil telefonu

 

 

elektron poçt ünvanı

 

1.4.

Layihənin adı

 

1.5.

Layihənin istiqaməti 

(Təhsil Nazirliyinin  müsabiqəyə aid  elanında verilmiş istiqamətlərdən  biri nəzərdə tutulur)

 

1.6.

Layihə rəhbərinin soyadı, adı, atasının adı və tutduğu vəzifə

 

 

layihə rəhbərinin iş telefonu

 

 

layihə rəhbərinin ev telefonu

 

 

layihə rəhbərinin mobil telefonu

 

 

layihə rəhbərinin elektron poçt ünvanı

 

1.7.

Layihənin müddəti

 

1.8.

Layihənin ümumi məbləği

 

1.9.

Qrant üçün tələb olunan məbləğ

 

 

 

2.  Həyata keçirdiyiniz layihələr
 

Aşağıdakı formaya uyğun olaraq ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçinin son 3 ildə həyata keçirdiyi layihələr barədə  məlumat verilməlidir.

 

Sıra

№-si

Layihənin adı

Həyata keçirilmə müddəti

Məbləği

Donoru

1.

 

 

 

 

2.

 

 

 

 

3.

 

 

 

 

4.

 

 

 

 

5.

 

 

 

 

 

Qoşmalar:

Sıra №-si

Sənədin adı

Forması

1.

Layihənin icrasına cəlb ediləcək əsas şəxslərin tərcümeyi-halı (CV) və işinin təsviri

elektron variantda

2.

Dəstək məktubları (əgər varsa)

surətləri (skan olunmuş)

 

 

____________________

 

 

 

 

 

 

“Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”ə

 

4 nömrəli əlavə

 

 

 

 

 

 

Layihə təklifinin forması

(pedaqoji işçilər üçün)

Qeyd: Ekspertizaya yalnız layihə təklifi təqdim olunur.

 

1. Layihənin adı

Layihənin adını aydın və dəqiq yazın.

 

2. Problemin qoyuluşu (0,5-1 səhifə)

Layihədə həllinə çalışmaq istədiyiniz problemi (məsələni) təsvir edin. Problemin Azərbaycan Respublikasında təhsil sahəsinin inkişafı üçün aktual olduğunu əsaslandırın.

 

3. Layihənin məqsəd və vəzifələri (0,5 səhifə)

Layihənin məqsədini 1 cümlədə ifadə edin. Qarşıya qoyulmuş vəzifələrin müəyyən zaman çərçivəsində reallığa uyğun olaraq spesifik, ölçülə bilən olmasına diqqət yetirin.

 

4. Görüləcək işlər (1-2 səhifə)

Həyata keçiriləcək fəaliyyət növlərinin qısa təsvirini, icra müddətini ardıcıllıqla qeyd edin. Hər bir fəaliyyət növü üzrə əldə ediləcək nəticələri konkret olaraq təsvir edin.

 

5. Layihənin icra müddəti (0,5 səhifə)

Layihənin əhatə etdiyi müddəti qeyd edin.

Layihənin icra planı ayrıca cədvəl şəklində tərtib edilərək, layihəyə əlavə olunmalıdır.

 

6. Gözlənilən nəticələr (0,5 səhifə)

Layihənin həyata keçirilməsinin sonunda əldə ediləcək nəticələri təsvir edin. Layihənin təsvir edilən problemin həllinə necə təsir edəcəyi barədə məlumat verin.

 

7. Layihə çərçivəsində qurulacaq əməkdaşlıq (0,5 səhifə)

Layihənin icrası zamanı digər ümumi təhsil müəssisələri, dövlət qurumları,  QHT-lər, şirkətlər və beynəlxalq təşkilatlar ilə qurulacaq əməkdaşlıqların hansı formada olacağını təsvir edin.

8. Layihənin monitorinqi və davamlılığı (1 səhifə)

Layihənin icrası və nəticələri haqqında ictimaiyyətin məlumatlandırılması və  informasiya əldə edilməsi yollarını  göstərin.  Layihənin icrası başa çatdıqdan sonra onun davamlılığının təmin olunması istiqamətində görəcəyiniz işləri qeyd edin.

9. Layihənin qiymətləndirilməsi və hesabatlılığı (1 səhifə)

Layihənin qiymətləndirilməsi meyarlarını və hesabatlılıq formalarını qeyd edin. Nail olunmuş dəyişikliyin hansı meyarlar əsasında müəyyənləşdiriləcəyini izah edin.

10. Layihənin büdcəsi

Layihənin büdcəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formaya uyğun tərtib olunmalı və layihəyə əlavə edilməlidir.

 

Qoşmalar:

 

Sıra№-si

Sənədin adı

Forması

1.

Layihə təklifi

tam formada elektron variantda layihə təklifi

2.

Layihənin icra planı

elektron variantda icra planı

3.

Layihənin xərclər smetası

Microsoft Excel proqramında tərtib olunmalıdır;

layihənin hesablamalar baxımından proqramlaşdırılmış büdcəsi

 

____________________

 

 

“Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”ə

5 nömrəli əlavə

 

 

 

 

 

 

 

XƏRCLƏR SMETASI

Layihənin adı

 

Layihənin  əhatə etdiyi dövr

 

tarix-dən

 

tarixədək

 

 

 

 

 

 

1.

Əməyin ödənişi

 

 

 

 

2.

Əməkhaqqına əlavə

 

 

 

 

3.

İdarənin saxlanılması

 

 

 

 

4.

Ezamiyyə xərcləri

 

 

 

 

5.

Nəqliyyat xərcləri

 

 

 

 

6.

Kommunal və kommunikasiya xərcləri

 

 

 

 

7.

İstehlak malları və materiallarının alınması, tədbirlərin təşkili xərcləri

 

 

 

 

8.

Çap məhsullarının hazırlanması

 

 

 

 

9.

İnventar, avadanlıq və digər alışlar

 

 

 

 

10.

Sair xidmətlərin haqqının ödənilməsi

 

 

 

 

11.

Sair müxtəlif xərclər

 

 

 

 

12.

Bank xərcləri

 

 

 

 

CƏMİ

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sıra

№-si

Xərclərin adı

Ölçü vahidi

Vahid-lərin sayı

Vahid-in qiymə-ti

Büdcənin məbləği

(manatla)

1

2

3

4

5

6 (qr 5*  qr 4)

1.

Əməyin ödənişi

001 001

Layihənin rəhbəri

ay

 

 

 

001 002

Mühasib

 ay

 

 

 

001 003

Köməkçi

 ay

 

 

 

001 004

Hüquqşünas

 ay

 

 

 

001 005

Ekspert

 ay

 

 

 

001 099

Digər

 ay

 

 

 

Cəmi

                     

2.

Əməkhaqqına əlavə

002 001

Dövlət Sosial Müdafiə Fonduna ayırmalar - 22%

manat

            

          0,22

                     

002 002

İcbari sığorta xərci

manat

 

0,2

 

Cəmi

 

3.

İdarənin saxlanılması

003 001

Dəftərxana xərcləri

 ay

 

 

 

003 002

Ofisin icarəsi

ay

 

 

 

003 099

Digər xərclər

ay

 

 

 

Cəmi

 

4.

Ezamiyyə xərcləri

 

Ölkədaxili ezamiyyətlər:

 

 

 

 

004 001

Yol xərci

gediş-gəliş

 

 

 

004 002

Mehmanxana (mənzil) xərci (4 rayon*2 nəfər*

2 gün)                               

gün

 

 

 

004 003

Gündəlik xərc

gün

 

 

 

 

Xarici ölkələrə ezamiyyətlər:

 

 

 

 

004 004

Yol xərci

gediş-gəliş

 

 

 

004 005

Mehmanxana (mənzil) xərci

gün

 

 

 

004 006

Gündəlik xərc (yemək, rabitə və s.)

gün

 

 

 

004 007

Sığorta xərci

nəfər

 

 

 

004 008

Viza xərci

nəfər

 

 

 

004 099

Digər

 

 

 

 

Cəmi

 

5.

Nəqliyyat xərcləri

005 001

Yanacaq və sürtkü materiallarının alınması

litr

 

 

 

005 002

Nəqliyyatın icarəsi

gün

 

 

 

005 099

Digər

 

 

 

 

Cəmi

  

6.

Kommunal və kommunikasiya xərcləri

006 001

Kommunal xərclər

ay

 

 

 

006 002

Mobil rabitə xərcləri

ay

 

 

 

006 003

İnternet xərci

ay

 

 

 

006 099

Digər

 

 

 

 

Cəmi

 

7.

İstehlak malları və materiallarının alınması, tədbirlərin təşkili

007 001

Yemək xərci

nəfər

 

 

 

007 002

Çay və ya kofe xərci (4 rayon*70 nəfər*2 gün)

nəfər

 

 

 

007 003

Tədbir və ya təlim  üçün dəftərxana ləvazimatları xərci

nəfər

 

 

 

007 004

Tədbir və ya təlim  üçün zal icarəsi

gün

 

 

 

007 005

Tədbirin və ya təlimin foto çəkilişinin təşkili

dəfə

 

 

 

007 006

Tədbirin və ya təlimin video çəkilişinin təşkili

dəfə

 

 

 

007 007

Tədbir üçün materialların çoxaldılması

vərəq

 

 

 

007 008

Xarici ölkələrdən gələn iştirakçıların otel xərci

nəfər

 

 

 

007 099

Digər

 

 

 

 

Cəmi

 

8.

Çap məhsullarının hazırlanması

008 001

Kitab çapı (50 səhifədən yuxarı)

ədəd

 

 

 

008 002

Kitabça çapı  (50 səhifəyədək)

ədəd

 

 

 

008 003

Buklet çapı

ədəd

 

 

 

008 004

Broşür çapı

ədəd

 

 

 

008 005

Flayer çapı

ədəd

 

 

 

008 006

Dəvətnamə çapı

ədəd

 

 

 

008 007

Təqvim çapı

ədəd

 

 

 

008 008

İnformativ plakat çapı

ədəd

 

 

 

008 009

Banner çapı

ədəd

 

 

 

008 010

Təlimat materiallarının və metodiki göstərişlərin çapı

ədəd

 

 

 

008 011

Xüsusi geyimlərin hazırlanması (papaq, köynək və s.)

ədəd

 

 

 

008 099

Digər

ədəd

 

 

 

Cəmi

                     

9.

İnventar və digər avadanlıqların alışı

009 001

Stolüstü kompüter

ədəd

 

 

 

009 002

Noutbuk

ədəd

 

 

 

009 003

Ofis texnikası (printer, kseroks, faks, skaner, modem və s.)

 ədəd

 

 

 

009 004

İnventarın alınması (stol, stul, kreslo, televizor, telefon aparatı, seyf və s.)

 ədəd

 

 

 

009 005

İstehsal təyinatlı avadanlıqların alınması (tikiş, emal, qablaşdırma və s.)

 ədəd

 

 

 

009 006

Torpaq, bina , qurğu və digər əsas vəsaitlərin alınması

 manat

 

 

 

009 007

Toxum, gübrə və digər məhsulların alınması

 kq

 

 

 

009 008

Ağac tinglərinin alışı

 ədəd

 

 

 

009 009

Dərmanların, sarğı ləvazimatlarının və digər materialların alınması

 ədəd

 

 

 

009 010

Yumşaq inventarın, yataq ləvazimatlarının alışı

 ədəd

 

 

 

009 099

Digər alışlar və xidmətlər

 

 

 

 

Cəmi

 

10.

Sair xidmətlərin haqqının ödənilməsi

010 001

Təlimçi xidməti

 xidmət

 

 

 

010 002

Ekspert xidməti

 xidmət

 

 

 

010 003

Hüquqşünas xidməti

 xidmət

 

 

 

010 004

Mühasib xidməti

 xidmət

 

 

 

010 005

İntervüer (sorğuçu) xidməti

 xidmət

 

 

 

010 006

Sürücü xidməti

 xidmət

 

 

 

010 007

Tərcüməçi xidməti

 xidmət

 

 

 

010 008

Sosioloq xidməti

 xidmət

 

 

 

010 009

Psixoloq xidməti

 xidmət

 

 

 

010 010

Piar xidməti

 xidmət

 

 

 

010 011

Rejissor xidməti

 xidmət

 

 

 

010 012

Ssenarist xidməti

 xidmət

 

 

 

010 013

Aktyor xidməti

 xidmət

 

 

 

010 014

Abadlaşdırma xidmətləri

 birdəfəlik

 

 

 

010 015

Elmi-tədqiqat xidmətləri

 birdəfəlik

 

 

 

010 016

Ekoloq xidməti

 birdəfəlik

 

 

 

009 099

Digər

 

 

 

 

Cəmi

 

11.

Sair müxtəlif xərclər

011 001

Elektron proqram təminatının yaradılması

 birdəfəlik

 

 

 

011 002

Saytın yaradılması və ya saxlanılması xərci

 birdəfəlik

 

 

 

011 003

Domen və hostinq xərci

 birdəfəlik

 

 

 

011 004

Film çəkilişi xərci (foto və video avadanlıqların icarəsi)

 birdəfəlik

 

 

 

011 005

Reklam çəkilişi

 birdəfəlik

 

 

 

011 006

Sosial çarxların çəkilişi

 birdəfəlik

 

 

 

011 007

Disklərin yazılması və qablaşdırılması

 birdəfəlik

 

 

 

011 008

Tərəfdaş təşkilatın xərcləri

 birdəfəlik

 

 

 

011 099

Digər

 

 

 

 

Cəmi

 

12.

Bank xərcləri

012 001

Komissiya xərci

 birdəfəlik

 

 

 

012 002

Çek kitabçasının alınması

 birdəfəlik

 

 

 

Cəmi

 

LAYİHƏ ÜZRƏ YEKUN

 

               

 

 

 

_______________

          №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında