Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 250

Bakı şəhəri, 5 iyun 2017-ci il

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin,  İstedadlı Uşaqlarla İş  Mərkəzinin  yaradılması   və  Azərbaycan  Respublikası Nazirlər  Kabinetinin 2011-ci il  15  iyul  tarixli  118  nömrəli qərarı  ilə  təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin    strukturuna    daxil    olmayan    tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddə-sinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. Qəbələ Peşə Məktəbi Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi ilə birləşdirilsin və onların bazasında peşə liseyi statusu ilə fəaliyyət göstərən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.

2. Respublika Uşaq Birliyi Təşkilatı Rəhbərləri Məktəbinin bazasında İstedadlı Uşaqlarla İş Mərkəzi yaradılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyun tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 745, № 10, maddə 969, № 12, maddələr 1241, 1245; 2012, № 3, maddə 257, № 4, maddə 399, № 6, maddələr 633, 634, № 12, maddə 1346; 2013, № 6, maddə 775, № 9, maddə 1130; 2014, № 1, maddə 72, № 2, maddə 214, № 6, maddə 751, № 7, maddə 907, № 9, maddə 1120; 2015, № 3, maddə 336, № 6, maddə 807, № 8, maddə 966, № 10, maddələr 1226, 1229, № 12, maddə 1571; 2016, № 1, maddə 176, № 2 (II kitab), maddə 373, № 3, maddə 622, № 5, maddə 957, № 6, maddə 1209, № 10, maddə 1723, № 11, maddə 1919; 2017, № 2, maddələr 285, 302, 319 ) ilə təsdiq edilmiş “Azərbaycan Respub-likası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. “Əlavə təhsil müəssisələri” bölməsinin 2-ci hissəsi ləğv edilsin;

3.2. “İlk peşə-ixtisas təhsili müəssisələri” bölməsi üzrə:

3.2.1. 48-ci hissə aşağıdakı redaksiyada verilsin:

“48. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi”;

3.2.2. 95-ci hissə ləğv edilsin;

3.3. “Ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr)” bölməsi üzrə:

3.3.1. 26-30-cu, 32-ci, 33-cü, 34-cü, 36-41-ci, 53-cü və 54-cü hissələr aşağıdakı redaksiyada verilsin:

“26. Sumqayıt şəhər internat tipli gimnaziya

27. Sumqayıt şəhər general M.Əsədov adına İnteqrasiya təlimli internat  tipli gimnaziya

28. Gəncə şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

29. Mingəçevir şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

30. Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziya

32. Lerik şəhər V.İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziya

33. Goranboy şəhər R.Ağakişiyev adına İnteqrasiya təlimli internat tipli gimnaziya

34. Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

36. Balakən rayonu İnteqrasiya təlimli internat tipli gimnaziya

37. Neftçala şəhər M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya

38. Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

39. Tovuz rayonu Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

40. Salyan şəhər A.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya

41. Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

53. Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

54. Lənkəran şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya”;

3.3.2. aşağıdakı məzmunda 61-ci və 62-ci hissələr əlavə edilsin:

“61. Bərdə şəhər R.N.Mustafayev adına İnteqrasiya təlimli internat tipli gimnaziya

62. 2 nömrəli Ailə tipli kiçik qrup evi”.

3.3. “Təhsil Nazirliyinin tabeliyində olan digər təşkilatlar” bölməsinə aşağıdakı məzmunda 15-ci hissə əlavə edilsin:

“15. İstedadlı Uşaqlarla İş Mərkəzi”.

4. Bu qərarın 1-ci, 2-ci və 3-cü hissələrində qeyd edilən müəssisələrin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsində Azər-baycan Respublikasının Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilsin.

5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etsin.

Artur Rasi-zadə,
 Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında