Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 246

Bakı şəhəri, 5 iyun 2017-ci il

“Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il  29 aprel tarixli 82 nömrəli qərarında dəyişikliklər                 edilməsi barədə

“Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi və “Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli 1254 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il          29 aprel tarixli 82 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 372; 2011, № 3, maddə 235; 2013, № 5, maddə 567; 2014, № 5, maddə 571; 2016, № 6, maddə 1203, № 11, maddə 1967) ilə təsdiq edilmiş “Orta ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bəndin ikinci abzasının ikinci cümləsində, 3.6-cı bəndin birinci abzasının dördüncü cümləsində, 3.8-ci, 4.1-ci bəndlərdə, 4.4-cü bəndin birinci və ikinci abzaslarında (hər iki halda), 4.5-ci bəndin birinci abzasında, 4.6-cı bəndin birinci və üçüncü cümlələrində, 4.7-ci bəndin birinci abzasında ismin müvafiq hallarında “orta ixtisas təhsili müəssisəsi” sözləri ismin müvafiq hallarında “təhsil müəssisəsi” sözləri ilə əvəz edilsin.

2. 2.3-cü, 3.2-ci, 3.3-cü bəndlərdə, 3.4-cü bəndin birinci və ikinci abzaslarında, 3.5-ci bəndin birinci abzasının birinci və ikinci cümlələrində, 4.7-ci bəndin ikinci abzasında ismin müvafiq hallarında “orta ixtisas təhsili müəssisələri” sözləri ismin müvafiq hallarında “təhsil müəssisələri” sözləri ilə əvəz edilsin.

3. “Orta ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na 1 nömrəli əlavə üzrə:

3.1. “DİREKTOR” sözü “TƏHSİL MÜƏSSİSƏSİNİN RƏHBƏRİ” sözləri ilə, “Direktor” sözü “Təhsil müəssisəsinin rəhbəri” sözləri ilə, “Tədris işləri üzrə direktor müavini” sözləri “Təhsil müəssisəsinin rəhbərinin müavini” sözləri ilə əvəz edilsin;

3.2. ismin müvafiq hallarında “orta ixtisas təhsili müəssisəsi” sözləri ismin müvafiq hallarında “təhsil müəssisəsi” sözləri ilə əvəz edilsin.

 4. “Orta ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na 2 nömrəli əlavə üzrə:

4.1. “DİREKTOR” sözü “TƏHSİL MÜƏSSİSƏSİNİN RƏHBƏRİ” sözləri ilə, “Direktor” sözü “Təhsil müəssisəsinin rəhbəri” sözləri ilə, “Tədris işləri üzrə direktor müavini” sözləri “Təhsil müəssisəsinin rəhbərinin müavini” sözləri ilə əvəz edilsin;

4.2. ismin müvafiq hallarında “orta ixtisas təhsili müəssisəsi” sözləri ismin müvafiq hallarında “təhsil müəssisəsi” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə,
 Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında