AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 226

Bakı şəhəri, 26 may 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 27 avqust tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Hakimlərə müalicə olunmaq üçün pul təminatının verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 27 avqust tarixli 142 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 565; 2002, № 10, maddə 635; 2005, № 5, maddə 455; 2006, № 3, maddə 303) ilə təsdiq edilmiş “Hakimlərə müalicə olunmaq üçün pul təminatının verilməsi Qaydası”nın 6-cı hissəsinin üçüncü cümləsində “nağd və ya” sözləri “yalnız” sözü ilə əvəz edilsin.

Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında