AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 225

   Bakı şəhəri, 26 may 2017-ci il

“Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin geyim formalarının verilmə qaydaları, normaları və istifadə müddətlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyul tarixli 131 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyul tarixli 131 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 578; 2002, № 10, maddə 635; 2005, № 6, maddə 545; 2006, № 5, maddə 470; 2010, № 1, maddə 55) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin geyim formalarının verilmə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı hissənin ikinci cümləsində “nağd” sözü “yalnız nağdsız qaydada” sözləri ilə əvəz edilsin.

2. 7-ci hissədən “nağd” sözü çıxarılsın.

Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında