Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 213

Bakı şəhəri, 19 may 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 iyul tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər planı”nda dəyişikliklər edilməsi haqqında

“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 449-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1183 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 iyul tarixli 93 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 584; 2008, № 2, maddə 130; 2009, № 11, maddə 936; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955, № 7, maddə 1343; 2017, № 2, maddə 325) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər planı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci bölmənin adında “Dövlət Sosial Müdafiə Fondu” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu” sözləri ilə əvəz edilsin.

2. “Tədbirlərin məzmunu” sütunu üzrə:

2.1. 1-ci hissədə, 1.1-ci bəndin birinci abzasında “Dövlət Sosial Müdafiə Fondu” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu” sözləri ilə əvəz edilsin;

2.2. 1.2-ci bənddə, 1.3-cü bəndin birinci və “ə” abzaslarında “Dövlət Sosial Müdafiə Fondu” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu” sözləri ilə, “a”, “b”, ”d” və “e” abzaslarında “Dövlət Sosial Müdafiə Fondunun” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri ilə əvəz edilsin;

2.3. 1.4-cü, 1.5-ci bəndlərdə və 4.1-ci bəndin “a” abzasında “Dövlət Sosial Müdafiə Fondunun” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri ilə əvəz edilsin.

Yaqub Eyyubov
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında