Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 212

Bakı şəhəri, 17 may 2017-ci il

“Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş  yerlərində  çalışan işçilərin əməkhaqqının  yüksək  məbləğdə ödənilməsini təmin  edən  artımların (əmsalların)  məbləğinin  minimum miqdarının   müəyyən   edilməsi   haqqında” Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 2002-ci  il  22  avqust tarixli 137 nömrəli qərarında dəyişikliklər edilməsi  barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 548; 2003, № 4, maddə 225, № 7, maddə 392, № 10, maddə 616; 2004, № 5, maddə 379; 2005, № 9, maddə 853; 2007, № 2, maddə 191; 2008, № 2, maddələr 104, 112, № 6, maddə 584, № 8, maddə 788; 2010, № 4, maddə 361, № 6, maddə 566;  2012,  № 3,  maddə 265; 2013, № 6, maddə 728, № 8, maddə 1035; 2014, № 6, maddə 728; 2015, № 4,  maddə 461, № 10,  maddə 1217, № 11,  maddə 1418) aşağıdakı dəyişikliklər edilsin:

1. 1 nömrəli əlavə – “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “1500 metrdən 2000 metrədək” sütununun “Goranboy rayonu” bölməsinə “Buzluq k.” sətrindən  sonra  “Yuxarı Ağcakənd kəndi” sətri  əlavə edilsin.

2. 2 nömrəli əlavə – “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı” üzrə:

2.1. “Goranboy rayonu” bölməsinə “Rus Borisi k.” sətrindən sonra “Erkeç kəndi”, “Mənəşli kəndi” və “Todan kəndi” sətirləri, “Quba rayonu” bölməsinə “Muçu kəndi”  sətrindən sonra  “Afurca kəndi”, “Atuc kəndi”,  “Güləzi kəndi”, “Dalaqo kəndi”, “Ruçuq kəndi”, “Ördüc kəndi” və “Xırt kəndi”  sətirləri, “Göygöl rayonu” bölməsinə “Qarabulaq kəndi” sətrindən sonra “Quşçu kəndi”  sətri əlavə edilsin;

2.2. “Yardımlı rayonu” bölməsində “Daşkənd k.” sözləri “Yardımlı şəhər ərazisinin Daşkənd hissəsi” sözləri ilə əvəz edilsin.

Yaqub Eyyubov,
  Azərbaycan Respublikası
 Baş nazirinin birinci müavini 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında