Azərbaycan respublikasının nazirlər kabinetinin qərarı

№ 186         

Bakı şəhəri, 28 aprel 2017-ci il

“Dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında”  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 2011-ci il 2 fevral tarixli  22  nömrəli  qərarında  dəyişikliklər edilməsi barədə

“Elm haqqında” Azərbaycan  Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il   2 fevral tarixli 22 nömrəli qərarında (Azərbaycan Respublikası nın Qanunvericilik Toplusu, 2011, № 2, maddə 150) aşağıdakı dəyişikliklər edilsin:

1. Adına, preambulasına və 3-cü hissəsinə “opponentliyə” sözündən əvvəl “rəsmi” sözü əlavə edilsin.

2. Preambulada “, elmi idarə və təşkilatlarında” sözləri “və elmi müəssisələrdə” sözləri ilə əvəz edilsin.

3. 3-cü hissədə “həmin şəxslərin çalışdıqları müəssisə, idarə və təşkilatların” sözləri “iddiaçının doktorantı və ya dissertantı olduğu elmi müəssisə və ali təhsil müəssisəsinin” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında