Azərbaycan respublikasının nazirlər kabinetinin qərarı

№ 181

Bakı şəhəri, 28 aprel 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il  21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan  Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il  21 yanvar tarixli 12 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 1, maddə 58; 2013, № 5, maddə 568; 2016, № 6, maddə 1199, № 12, maddə 2216) ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı hissə üzrə:

1.1. 6.3-cü bənddə “(elmi təşkilatlara)” sözləri “, elmi müəssisə və təşkilatlara” sözləri ilə əvəz edilsin;

1.2. 6.4-cü bənddə “və elmi təşkilatlarda” sözləri “, elmi müəs-sisə və təşkilatlarda” sözləri ilə əvəz edilsin;

1.3. 6.5-ci bənddə “elmi təşkilat” sözləri “elmi müəssisə və təş-kilat” sözləri ilə əvəz edilsin;

1.4. 6.6-cı bənddə “və elmi təşkilatda” sözləri “, elmi müəssisə və təşkilatda” sözləri ilə əvəz edilsin.

2. Qaydaya 7 nömrəli əlavə – “Arayış”da “elmi təşkilatın” sözləri “elmi müəssisə və təşkilatın” sözləri ilə və “elmi təşkilatdan” sözləri “elmi müəssisə və təşkilatdan” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında