Azərbaycan respublikasının nazirlər kabinetinin qərarı

№ 174                

Bakı şəhəri, 28 aprel 2017-ci il

 “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haq-qında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il          7 iyun tarixli 94 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 373, № 11, maddə 654; 2000, № 12, maddə 116; 2001, № 1, maddə 70, № 5, maddə 350; 2002, № 11, maddə 675; 2006, № 11, maddə 994; 2009, № 10, maddə 846; 2015, № 10, maddə 1223, № 11, maddə 1411; 2016,  № 10, maddə 1708) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş “Torpaqların texniki uçotunun aparılması Qaydaları”nın 4-cü hissəsinin dördüncü abzasında “elmi tədqiqat” sözləri “elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Torpaqların monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə” üzrə:

2.1. 4-cü hissənin birinci abzasında “elmi-tədqiqat və layihə-axtarış təşkilatları” sözləri “elmi müəssisə və təşkilatları” sözləri ilə əvəz edilsin;

2.2. 6-cı hissədə “layihə-axtarış və elmi-tədqiqat müəssi-sələrinə” sözləri “elmi müəssisə və təşkilatlara” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında