Azərbaycan respublikasının nazirlər kabinetinin qərarı

№ 191

Bakı şəhəri, 28 aprel 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il  2 avqust tarixli 289 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və  aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il   2 avqust tarixli 289 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1429) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci bənddə “və elm müəssisələrində” sözləri “müəssi-sələrində, elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 1.7-1-ci bənd əlavə edilsin:

“1.7-1. Azərbaycan Milli Elmlər Akademiyası elmin müxtəlif sahələri üzrə ölkə ərazisində və xaricdə çöl təcrübələri və elmi ekspedisiyalar təşkil edir, ekspedisiya və çöl təcrübələrinin işinə nəzarət edir, çöl təcrübələrinin və ekspedisiyaların nəticələrinə dair hesabatlar hazırlayır.”.

3. Qaydalara əlavə - “Azərbaycan Respublikasında elmi ekspedisiyalar və çöl işlərinin aparılması üzrə xərc normaları”nın 1.1-ci bəndinin doqquzuncu abzasında “Böyük” sözü “Baş” sözü ilə, on birinci abzasında “Texnik” sözü “Texnoloq” sözü ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında