Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 173

Bakı şəhəri, 28 aprel 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli  140  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş “Azərbaycan  Respublikası  gömrük  sisteminin  büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və  fondun vəsaitinin xərclənməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 549; 2000, № 6, maddə 473; 2005, № 8, maddə 782; 2011, № 4, maddə 369; 2013, № 12, maddə 1637; 2016, № 5, maddə 954; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 mart tarixli 100 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndin ikinci cümləsində “elmi-tədqiqat təşkilatlarının, laboratoriyaların” sözləri “elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.

2. 3.1-ci bəndin on beşinci abzasında “elmi-tədqiqat təşkilatlarının” sözləri “elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında