Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 123

Bakı şəhəri, 7 aprel 2017-ci il

“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 449-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1183 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında

“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 449-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1183 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 191, № 6, maddə 388, № 8, maddə 534; 2002, № 3, maddə 148, № 4 (II kitab), maddə 199; 2003, № 6, maddə 342; 2006, № 5, maddə 474, № 9, maddələr 819, 830; 2008, № 2, maddə 130; 2009, № 7, maddə 604; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1356; 2016, № 4, maddə 824, № 7, maddə 1343, № 9, maddə 1585, № 11, maddə 1976; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 16 fevral tarixli 53 nömrəli qərarı) ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 5.1-ci bəndinin ikinci cümləsində “Dövlət Sosial Müdafiə Fondu” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 596; 2000, № 10, maddə 764; 2001, № 3, maddə 214; 2003, № 6, maddə 342; 2005, № 7, maddə 661, № 9, maddələr 857, 858, № 12, maddə 1244; 2006,            № 1, maddə 58, № 3, maddə 291, № 4, maddə 370, № 9, maddələr 819, 821, № 10, maddələr 902, 903; 2007, № 2, maddələr 185, 188, № 5, maddə 544; 2008, № 2, maddələr 114, 129, 130, № 9, maddə 853; 2009, № 10, maddə 857; 2010, № 3, maddələr 263, 264, № 8, maddə 763, № 12, maddə 1123; 2011, № 5, maddə 449, № 7, maddə 742; 2012, № 2, maddə 180, № 7, maddə 773; 2014, № 4, maddə 459; 2016, № 7, maddə 1343, № 11, maddə 1973)  ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin  və  əmək qabiliyyətini müvəqqəti itirmiş  işçilərə  sığortaedənin vəsaiti hesabına  ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 116-cı hissənin ikinci abzasının üçüncü cümləsində “Dövlət Sosial Müdafiə Fonduna” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna” sözləri ilə əvəz edilsin;

2.2. 118-ci hissədə “Dövlət Sosial Müdafiə Fondunun” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri ilə əvəz edilsin.

3. “Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, ikinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydalarının və Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 539; 2003, № 6, maddə 342; 2006, № 10, maddə 903; 2007, № 2, maddə 199; 2008, № 2, maddə 130; 2010, № 10, maddə 903; 2012, № 12, maddə 1357; 2013, № 6, maddə 756; 2016, № 9, maddə 1585) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3-cü hissədə “Dövlət Sosial Müdafiə Fondunun” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri ilə əvəz edilsin;

3.2. həmin qərarla təsdiq edilmiş “Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, ikinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları”nın 2-ci hissəsində “Dövlət Sosial Müdafiə Fondunun” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri ilə əvəz edilsin;

3.3. həmin qərarla təsdiq edilmiş “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası”nın 3-cü hissəsində “Dövlət Sosial Müdafiə Fondunun” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri ilə əvəz edilsin.

4. “Dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası və onun hazırlanmasına dair Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 175 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 677; 2005, № 6, maddə 546; 2016, № 7, maddə 1343) 2-ci hissəsində “Dövlət Sosial Müdafiə Fondunun” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında