Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 117                                                                                                                                 

Bakı şəhəri, 31 mart 2017-ci il

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2015-ci il  12  yanvar  tarixli  6  nömrəli  qərarı  ilə  təsdiq edilmiş “Müfəssəl   plan  olmadığı  və  ya  onun  müddəti  bitdiyi hallarda tikintiyə  icazə  verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə  (baş planlara  və  (və  ya)  ümumi  planlara),  habelə  müfəssəl planın   hazırlanması   zamanı   nəzərə  alınan   tələblərə uyğunluğunun  müəyyənləşdirilməsi  Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 345-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli 1117 nömrəli Fərmanının 1.2-ci və 1.4-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 58, № 10, maddə 1210; 2016, № 2 (II kitab), maddə 364) ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.8-ci bənddə “75.2.1-ci və 75.2.3-cü” sözləri “75.2.1-75.2.3-cü” sözləri ilə əvəz edilsin və həmin bənddən “, habelə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini” sözləri çıxarılsın.

2. 1.9-cu bənddə “memarlıq-planlaşdırma bölməsini” sözləri “yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında