Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 115                                                        

  Bakı şəhəri, 31 mart 2017-ci il

“Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”, “Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları” və “Dövlət ekoloji ekspertizasının maliyyələşdiril-məsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 398-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 2555 nömrəli Sərəncamının 1.2-ci və 1.4-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 119; 2002, № 7, maddə 451, № 11, maddə 675; 2003, № 4, maddə 215; 2004, № 9, maddə 745; 2005, № 1, maddə 49, № 7, maddə 667; 2008, № 9, maddə 856; 2011, № 9, maddə 865; 2016, № 9, maddə 1598) ilə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissəyə “aradan qaldırılması” sözlərindən sonra “və kompensasiya verilməsi” sözləri, “habelə” sözündən sonra “yaşıllıqları mühafizə tədbirlərinin və” sözləri əlavə edilsin.

2. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

“3. Fond aşağıdakı daxilolmalar hesabına formalaşdırılır:

3.1. təbiətdən istifadəyə görə ödəmələr;

3.2. ətraf mühitin mühafizəsi haqqında (balıqçılıq istisna olmaqla) qanunvericiliyin pozulmasına görə alınan cərimələr;

3.3. müsadirə olunan ovçuluq alətlərinin və qeyri-qanuni əldə edilən məhsulların satışından daxil olan vəsaitlər;

3.4. yaşıllıqların götürülməsinə (kəsilməsinə), zədələnməsinə və ya məhv edilməsinə görə ödənilən bərpa dəyəri;

3.5. qrantlar, könüllü ianələr;

3.6. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan başqa daxilolmalar.”.

3. 6-cı hissəyə “təbiət abidələrinin mühafizəsinə,” sözlərindən sonra “yaşıllıqları mühafizə tədbirlərinin maliyyələşdirilməsinə,” sözləri əlavə edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında