Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

QƏRAR № 104

Bakı şəhəri, 27 mart 2017-ci il

Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 2008-ci il  21  yanvar  tarixli  11  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş “Diplomatik   xidmət   əməkdaşlarına   təminat   və kompensasiyaların verilməsi Qaydaları”nda  dəyişiklik edilməsi barədə

 “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respub-likasının 2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 noyabr tarixli 2472 nömrəli Sərənca-     mının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il                21 yanvar tarixli 11 nömrəli qərarı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 41; 2010, № 4, maddə 359; 2012, № 12, maddə 1385; 2013, № 7, maddə 874, № 8, maddə 1010, № 12, maddə 1641; 2015,           № 12, maddə 1598) ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nın 1.13-cü bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Diplomatik nümayəndəliyə ayrılan maliyyə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
 Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında