Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

QƏRAR № 101

Bakı şəhəri, 27 mart 2017-ci il

“Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun  və   rabitə   xidmətlərinin   limitləri   haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci  il 13 aprel tarixli 74 nömrəli qərarında dəyişiklik  edilməsi barədə

 “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 noyabr tarixli 2472 nömrəli           Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məq-        sədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti               QƏRARA  ALIR:

“Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin limitləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 13 aprel tarixli  74 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 282; 2004, № 9, maddə 750; 2009, № 9, maddə 757; 2014, № 6, maddə 747) 4-cü hissəsinin c) bəndində “qeyri-təyinatı üzrə istifadə olunması yolverilməzdir” sözləri “təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
 Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında