№ 93
Bakı şəhəri, 17 mart 2017-ci il
“Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 568; 2012, № 4, maddə 388, № 5, maddə 492; 2013, № 3, maddə 331, № 8, maddə 1003; 2015, № 6, maddə 787; 2016, № 3, maddə 620; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 36 nömrəli qərarı) ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinin “060303 İnstrumental ifaçılıq” ixtisasına “- İnstrumental ifaçılığın tarixi, nəzəriyyəsi və metodikası (musiqi alətləri üzrə)” sətrindən sonra “- İnstrumental ifaçılıq (musiqi alətləri üzrə)” sətri, “060304 Solo oxuma” ixtisasına “- Aşıq sənəti ifaçılığının tarixi və nəzəriyyəsi” sətrindən sonra “- Xanəndəlik”, “- Vokal ifaçılığı (sahələr üzrə)” və “Aşıq sənəti” sətirləri, “060305 Dirijorluq” ixtisasına “- Dirijorluğun tarixi və nəzəriyyəsi” sətrindən sonra “- Dirijorluq (növlər üzrə)” sətri, “060306 Bəstəkarlıq” ixtisasına “- Bəstəkarlığın tarixi və nəzəriyyəsi” sətrindən sonra “- Bəstəkarlıq” sətri, “060307 Musiqişünaslıq” ixtisasına “- Musiqi tənqidi” sətrindən sonra “- Musiqi tarixi” və “- Musiqi nəzəriyyəsi” sətirləri, “060309 Estrada sənəti” ixtisasına “- Estrada populyar musiqisinin tarixi və nəzəriyyəsi” sətrindən sonra “- Populyar musiqi və caz ifaçılığı” sətri, “060310 Xalq çalğı alətləri ifaçılığı” ixtisasına “- Xalq çalğı alətləri ifaçılığının nəzəriyyəsi və metodikası” sətrindən sonra “- Xalq çalğı alətləri ifaçılığı (musiqi alətləri üzrə)” sətri, “060311 Aktyor sənəti” ixtisasına “- Aktyor ifaçılığının tarixi və nəzəriyyəsi” sətrindən sonra “- Aktyor sənəti (sahələr üzrə)” sətri, “060312 Dekorativ sənət” ixtisasına “- Dekorativ tətbiqi sənətin tarixi və nəzəriyyəsi” sətrindən sonra “- Dekorativ sənət (sahələr üzrə)” sətri, “060315 Rejissorluq” ixtisasına “- Rejissor sənətinin tarixi və nəzəriyyəsi” sətrindən sonra “- Rejissorluq (sahələr üzrə)” sətri, “060317 Operator sənəti” ixtisasına “- Kinooperator sənətinin tarixi və nəzəriyyəsi” sətrindən sonra “- Operator sənəti (sahələr üzrə)” sətri, “060318 Rəngkarlıq” ixtisasına “- Rəngkarlığın tarixi və nəzəriyyəsi” sətrindən sonra “- Rəngkarlıq (sahələr üzrə)” sətri, “060319 Qrafika” ixtisasına “- Qrafika sənətinin tarixi və nəzəriyyəsi” sətrindən sonra “- Qrafika (sahələr üzrə)” sətri, “060320 Heykəltəraşlıq” ixtisasına “- Heykəltəraşlığın tarixi və nəzəriyyəsi” sətrindən sonra “- Heykəltəraşlıq” sətri, “060321 Dizayn” ixtisasına “- Vizual dizayn və media” sətrindən sonra “- Dizayn (sahələr üzrə)” sətri əlavə edilsin.
2. “6. Texniki və texnoloji ixtisaslar qrupu” bölməsinin “060606 Neft-qaz mühəndisliyi” ixtisasına “- Neft-qaz sənayesində texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi” sətrindən sonra “- Yatağın qiymətləndirilməsi və idarə olunması” sətri, “060641 Kimya mühəndisliyi” ixtisasına “- Kimya texnologiyasının proses və aparatları” sətrindən sonra “- Neft və qaz texnologiyası” sətri əlavə edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.