Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 92

Bakı şəhəri, 15 mart 2017-ci il

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. Sumqayıt şəhərindəki dənizkənarı bulvarın infrastrukturunun qorunub saxlanılması, ekoloji təhlükəsizliyinin təmin edilməsi, habelə onun idarəetmə sisteminin təkmilləşdirilməsi, ərazidə nəzarətin təmin edilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

2. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəetmə aparatının işçilərinin say həddi 10 (on) ştat vahidi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnamə-sinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.

4. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyətinə cari il üzrə saxlanılması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin ehtiyat fondundan 300000 (üç yüz min) manat vəsait ayrılsın.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etsin.

Artur Rasi-zadə
 Azərbaycan Respublikasının
Baş naziri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında