Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 87                                                                                                                                       Bakı şəhəri, 10 mart 2017-ci il

“Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın təsdiq edilməsi haqqında

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1008 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin                etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:

“Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması” təsdiq edilsin (əlavə olunur).

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri

 

                                                                           

 

  

“Dövlət qulluğu vəzifələri üzrə

test imtahanından keçmək barədə

Sertifikatın Forması”na əlavə

               

                                                   

Dövlət qulluğu vəzifələri üzrə Sertifikatın verilməsi üçün

inzibati və yardımçı vəzifələrin növləri, qrupları və alt qrupları

 

Vəzifə növü

Vəzifə qrupu

Vəzifə altqrupu

Altqrupa daxil olan vəzifələr

1

2

3

4

     A

 

 

 

   AA

AA1

inzibati vəzifələrin 1-ci təsnifatı üzrə: dövlət orqanlarında aparat rəhbəri

AA2

inzibati vəzifələrin 2-ci təsnifatı üzrə:

dövlət orqanlarında aparat rəhbəri;

dövlət orqanlarında aparat rəhbərinin müavini və şöbə müdiri;

yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini;

mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri;

fondların icraçı direktoru və direktoru

AA3

inzibati vəzifələrin 3-cü təsnifatı üzrə:

şöbə müdirinin müavini;

dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi;

dövlət orqanlarında aparat rəhbəri;

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi,Tarif Şurasının katibi

AA4

inzibati vəzifələrin 3-cü təsnifatı üzrə:

mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri;

fondların icraçı direktorunun və direktorunun müavini;

dövlət orqanlarında aparat rəhbərinin müavini

  AB

AB1

inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:

şöbə müdiri;

sektor müdiri;

regional bölmənin rəhbəri

AB2

inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:

şöbə müdirinin müavini;

dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi;

regional bölmənin rəhbərinin müavini;

yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini

 

 

1

2

3

4

 

 

   AB3

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

sektor müdiri;

şöbə müdiri

 

 

   AB4

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

şöbə müdirinin müavini

   AC

AC1

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

yerli bölmənin rəhbəri;

mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri

AC2

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

şöbə müdiri;

sektor müdiri;

yerli bölmənin rəhbəri

AC3

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

yerli bölmələrin rəhbərlərinin müavini;

şöbə müdirinin müavini;

mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri

AC4

inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:

sektor müdiri;

yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini;

dövlət orqanı rəhbərinin köməkçisi

B

   BA

BA1

inzibati vəzifələrin 4-cü təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi

BA2

inzibati vəzifələrin 4-cü təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi

BA3

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi

BA4

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi;  məhkəmə iclasının katibi

BB

BB1

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi

BB2

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi;  məhkəmə iclasının katibi

BB3

inzibati vəzifələrin 7-ci təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi

BB4

inzibati vəzifələrin 7-ci təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi;  məhkəmə iclasının katibi

C

CA

CA1

yardımçı vəzifələrin 1-ci təsnifatına aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.)

CA2

yardımçı vəzifələrin 2-ci təsnifatına aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.)

CA3

yardımçı vəzifələrin 3-cü təsnifatına aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.)

CA4

yardımçı vəzifələrin 4-cü təsnifatına aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.)

D

DA

DA1

yardımçı vəzifələrin 1-ci təsnifatına aid texniki vəzifələr (sürücü, liftçi və s.)

DA2

yardımçı vəzifələrin 2-ci təsnifatına aid texniki vəzifələr (sürücü, liftçi və s.)

DA3

yardımçı vəzifələrin 3-cü təsnifatına aid texniki vəzifələr (sürücü, liftçi və s.)

DA4

yardımçı vəzifələrin 4-cü təsnifatına aid texniki vəzifələr (sürücü, liftçi və s.)

  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
Janaury, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında