Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 14

Bakı şəhəri, 25 yanvar 2017-ci il

Əlavə aktivlər qismində ipoteka istiqrazlarının örtüyünün tərkibinə daxil edilə bilən qiymətli kağızları buraxan dövlətlərin müəyyən edilməsi meyarlarının  təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 567 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Ən azı “BBB –” (“Standard&Poor's” və “Fitch” reytinq agentliklərinin klassifikasiyasına görə), “Baa3” (“Moody's” reytinq agentliyinin klassifikasiyasına görə) uzunmüddətli kredit reytinqi dərəcəsinə malik İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) dövlətləri, habelə İƏİT üzvləri olmayan və ən azı “AA –” (“Standard&Poor's” və “Fitch” reytinq agentliklərinin klassifika-siyasına görə), “Aa3” (“Moody's” reytinq agentliyinin klassifika-siyasına görə) uzunmüddətli kredit reytinqi dərəcəsinə malik olan dövlətlərin və onların mərkəzi banklarının buraxdığı qiymətli kağızlar əlavə aktivlər qismində ipoteka istiqrazlarının örtüyünün tərkibinə daxil edilə bilər.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında