Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 16

Bakı şəhəri, 26 yanvar 2017-ci il

“Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının  2016-cı il 24 iyun tarixli 303-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 iyul tarixli 1004 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2009, № 7, maddə 601; 2014, № 4, maddə 454; 2016, № 3, maddə 591) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.2. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları ilə birlikdə yoxlanılır.”.

2. 4.4.1-ci, 4.4.3-cü, 4.4.4-cü və 4.4.5-ci yarımbəndlərdə “müəyyən edilərək” sözləri “müəyyən edilir” sözləri ilə əvəz edilsin və həmin yarımbəndlərdən “, yükgöndərən (daşıyıcı) tərəfindən dövlət büdcəsinə ödənilməsi təmin edilir” sözləri çıxarılsın.

3. 4.4.2-ci yarımbənd üzrə:

3.1. “müəyyən edilərək” sözləri “müəyyən edilir” sözləri ilə əvəz edilsin;

3.2. “, yükgöndərən (daşıyıcı) tərəfindən dövlət büdcəsinə ödənildikdən” sözləri çıxarılsın;

3.3. “boşaldılması” sözündən sonra “və digər nəqliyyat vasitəsilə daşınması” sözləri əlavə edilsin.

4. 4.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.5. Yükgöndərən (daşıyıcı) avtomobil yoluna və yol qurğularına vurulmuş ziyanı dövlət büdcəsinə ödəməkdən imtina etdikdə, dəymiş ziyanın ödənilməsi məhkəmə qaydasında tələb edilir.”.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında