№ 9
Bakı şəhəri, 20 yanvar 2017-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişikliklər edilməsi barədə
“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 270-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 iyul tarixli 996 nömrəli Fərmanının 1.6-cı və 1.7-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, №4, maddə 440, №11, maddə 1513; 2015, №5, maddə 665; 2016, №3, maddə 615, №5, maddə 955, №9, maddə 1563, №10, maddə 1733) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na aşağıdakı məzmunda 2.1.4-9-cu yarımbənd, 22-1-ci və 22-2-ci hissələr əlavə edilsin:
“2.1.4-9. kənd təsərrüfatı kooperativi bazarı – kənd təsərrüfatı kooperativi kimi dövlət qeydiyyatından keçmiş hüquqi şəxs tərə-findən idarəedilən kənd təsərrüfatı məhsulları bazarı;
22-1. Kənd təsərrüfatı məhsulları bazarında kənd təsərrüfatı kooperativlərinə ticarət yerlərinin verilməsi
22-1.1. Kənd təsərrüfatı məhsulları bazarında kənd təsərrüfatı kooperativlərinə ticarət yerləri bazarın rəhbəri (mülkiyyətçisi) ilə kənd təsərrüfatı kooperativi arasında bağlanılmış müqavilə əsasında mövcud yerlərin 20 faizindən az olmamaq şərtilə verilir.
22-1.2. Bazarın rəhbəri (mülkiyyətçisi) ilə kənd təsərrüfatı kooperativi arasında müqavilənin bağlanılması üçün kənd təsərrüfatı kooperativi ərizə ilə bazarın rəhbərinə (mülkiyyətçisinə) müraciət edir. Ərizədə kooperativin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, müəssisə rəhbərinin soyadı, adı, atasının adı, əlaqə vasitələri, bazarda satılacaq məhsulun növü, miqdarı və satış üçün tələb olunan yerlərin sayı barədə məlumatlar göstərilir. Ərizəyə kənd təsərrüfatı kooperativinin dövlət qeydiyyatı şəhadətnaməsinin surəti əlavə olunur.
22-1.3. Bazarın rəhbəri (mülkiyyətçisi) ərizəyə 10 (on) iş günü müddətində baxaraq, kənd təsərrüfatı kooperativinə bazarda ticarət yerlərinin verilməsi ilə bağlı müqavilənin bağlanılmasına dair qərar (razılıq və ya əsaslandırılmış imtina) qəbul edir.
22-2. Kənd təsərrüfatı kooperativlərinin nəzdində satış şəbəkələrinin təşkili və fəaliyyəti
22-2.1. Kənd təsərrüfatı kooperativləri satış şəbəkələrinin (fermer mağazaları, yaşıl marketlər, kənd təsərrüfatı kooperativi bazarları, topdansatış mərkəzləri) təşkili üçün torpaq sahəsinin istifa-dəyə və icarəyə verilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına müraciət edirlər. Yerli icra hakimiyyəti orqan-ları və ya bələdiyyə orqanları ərazi planlaşdırılması sənədləri, o cümlədən nəqliyyat və mühəndis-kommunikasiya təminatı infrastruk-turunun imkanları nəzərə alınmaqla, 1 (bir) ay müddətində müraciətə dair “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq qərar (razılıq və ya əsaslandırılmış imtina) qəbul edirlər.
22-2.2. Kənd təsərrüfatı kooperativləri satış şəbəkələrinin təşkili üçün istifadəyə və ya icarəyə götürmək istədikləri bina və ya qeyri-yaşayış sahəsi ilə bağlı dövlət əmlakının sərəncamçısına - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və ya bələdiyyə orqanına müraciət edirlər. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müraciətə 20 (iyirmi) gün müd-dətində baxaraq, həmin və ya başqa bir binanın və ya qeyri-yaşayış sahəsinin kənd təsərrüfatı kooperativinə icarəyə verilməsi barədə qərar qəbul edir və ya əsaslandırmaqla əmlakı icarəyə verməkdən imtina edir. Bələdiyyə orqanı mülkiyyətində olan obyektlərin kənd təsərrüfatı kooperativinin istifadəsinə və ya icarəsinə verilməsi məsələsinə 20 (iyirmi) gün müddətində baxır və rəsmi cavab verir.
22-2.3. Kənd təsərrüfatı kooperativləri satış şəbəkələrində iş rejimini, satılacaq məhsulların növünü və yerlərini müəyyən-ləşdirməli, satıcıları ticarət yerləri, ölçmə vasitələri ilə təmin etməli və ərazidə digər xidmətlərin (ərazinin təmizlənməsi (yığışdırılması), baytarlıq-fitosanitar və sanitar-epidemioloji nəzarət tədbirlərinin görülməsi və s.) göstərilməsini təşkil etməlidirlər.
22-2.4. Kənd təsərrüfatı kooperativi bazarında bazarın rəhbəri (mülkiyyətçisi) tərəfindən həmin kooperativin üzvləri üçün mövcud yerlərin 50 faizindən az olmamaq şərtilə ticarət yerləri ayrılır.”.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.