Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 6  

Bakı şəhəri, 13 yanvar 2017-ci il

“Naxçıvan MSSR-nin Culfa rayonunda yerləşən “Gülüstan” tarix-mədəniyyət qoruğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan SSR Nazirlər Sovetinin   1990-cı il 3 oktyabr tarixli 464 nömrəli qərarının və “Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 3 oktyabr tarixli 464 nömrəli qərarına əsasən təsdiq olunmuş “Naxçıvan MSSR-nin Culfa rayonunda yerləşən “Gülüstan” tarix-mədəniyyət qoruğu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 328 nömrəli qərarının ləğv edilməsi və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının və sərəncamlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı  il   14   iyun   tarixli   147   nömrəli   qərarında   dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. “Naxçıvan MSSR-nin Culfa rayonunda yerləşən “Gülüstan” tarix-mədəniyyət qoruğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan SSR Nazirlər Sovetinin   1990-cı il 3 oktyabr tarixli 464 nömrəli qərarı ləğv edilsin.

2. “Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 3 oktyabr tarixli 464 nömrəli qərarına əsasən təsdiq olunmuş “Naxçıvan MSSR-nin Culfa rayonunda yerləşən “Gülüstan” tarix-mədəniyyət qoruğu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 328 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1556) ləğv edilsin.

3. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının və sərəncamlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 147 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 575)  12-ci hissəsi ləğv edilsin.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında