Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 4

Bakı şəhəri, 11 yanvar 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2015-ci  il 5  iyun tarixli 216 nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması  Qaydası”nda dəyişikliklər edilməsi barədə

“Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 oktyabr tarixli 1083 nömrəli Fərmanının 3.1-ci və 3.3-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 789; 2016, № 3, maddə 599, № 5, maddə 955, № 11, maddə 1958) ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.  Aşağıdakı məzmunda 1.4-1-ci yarımbənd əlavə edilsin:

“1.4-1. Qanunun 2-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş xarici donorlar tərəfindən bağlanılmış qrant müqaviləsinin (qərarının) qeydə alınması ilə bağlı sənədlərin təqdim edilməsi və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi “bir pəncərə prinsipi” üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”na uyğun həyata keçirilir.”.

2. 1.5-ci bənddə “15 (on beş)”  rəqəm və sözləri “30 (otuz)” rəqəm və sözü ilə əvəz edilsin.

3. 1.6-cı bəndin birinci cümləsində “3” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin.

4. Aşağıdakı məzmunda 1.10-cu bənd əlavə edilsin:

“1.10. Qrant müqaviləsinin (qərarının) mahiyyəti (predmeti) xidmətlərin göstərilməsi və ya işlərin görülməsi məqsədi daşıyırsa, bu halda həmin müqavilə xidmət müqaviləsi kimi qeydiyyata alına bilər.”.

5. 2.1.4-cü, 2.1.6-cı, 2.1.7-ci, 2.1.8-ci və 3.1.5-ci yarımbəndlər ləğv edilsin.

6. 2.1.5-ci yarımbənd və 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1.5. ərizə bu Qaydanın 1.4-cü bəndində göstərilən şəxslərin adından başqa şəxs tərəfindən verildikdə, habelə müqaviləni (qərarı) qanuni təmsilçi olmayan şəxs imzaladıqda, onların müvafiq səlahiyyətə malik olması barədə sənəd (müqavilənin qeydiyyata alınması ilə bağlı sənədləri imzalamaq səlahiyyəti müqavilədə göstərilmədiyi halda).

2.2. Sənədlər xarici ölkədə tərtib olunduqda, leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Sənədlər xarici dildə tərtib edildikdə, onların tərcüməsi də əlavə edilir.”.

7. Aşağıdakı məzmunda 3.1.10-cu yarımbənd əlavə edilsin:

“3.1.10. qeyri-hökumət təşkilatı və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə maliyyə hesabatlarının təqdim edilib-edilməməsinin yoxlanılması.”.

8. 4.1-ci bənddən “bu Qaydanın 6 nömrəli əlavəsində göstərilmiş” sözləri çıxarılsın.

9. Aşağıdakı məzmunda 4.1-1-ci bənd əlavə edilsin:

“4.1-1. Xarici donor tərəfindən verilən qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyinin alınması tələb olunduğu halda, qrant müqaviləsinin (qərarının) qeydə alınması müddətinin axımı həmin qrantın məqsədəmüvafiq hesab edilməsi barədə rəy qeydiyyat orqanına daxil olduqdan sonrakı gün başlanılır.”.

10. 4.6-cı bənddə “5 (beş) iş günü” rəqəm və sözləri “10 (on) gün” rəqəm və sözləri ilə əvəz edilsin.

11. Aşağıdakı məzmunda 5.1.5-ci yarımbənd əlavə edilsin:

“5.1.5. Xarici donorlar tərəfindən verilən qrant maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmadıqda və ya qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən imtina edildikdə.”.

12. Qaydaya 6 nömrəli əlavə - “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydə alınması barədə bildirişin forması” ləğv edilsin.

Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında