Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 2           

Bakı şəhəri, 10 yanvar 2017-ci il

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük   rüsumlarının  dərəcələri   haqqında”    Azərbaycan Respublikası  Nazirlər  Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə               Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 4, maddə 289, № 8, maddə 560; 2002, № 8, maddə 549, № 9, maddə 581, № 10, maddə 647; 2003,               № 2, maddə 147, № 4, maddə 226, № 10, maddə 614, № 12 (II kitab), maddə 749; 2004, № 3, maddə 196, № 4, maddə 307, № 5, maddələr 389, 390, № 9, maddə 743; 2005, № 10, maddə 980; 2006, № 4, maddə 363, № 7, maddə 652; 2007, № 5, maddə 548, № 6, maddə 700, № 11, maddə 1187; 2008, № 4, maddə 325; 2009, № 11, maddə 938; 2010, № 1, maddə 68; 2012, № 9, maddə 928; 2013, №7, maddə 871; 2014, №1, maddə 65, №2, maddə 197; 2016, № 4, maddə 823,   № 8, maddələr 1430, 1445, № 9, maddə 1592, № 10, maddə 1698) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. “7402 00 000 0” mal mövqeyinə aid sətirdən sonra aşağıdakı məzmunda  “7403 12 000 0”, “7403 13 000 0” və “7403 19 000 0” mal mövqeləri əlavə edilsin:

7403 12 000 0

Saflaşdırılmış misdən məftil hazırlanması üçün biçmələr

-

10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

7403 13 000 0

Saflaşdırılmış misdən prokat üçün biçmələr

-

10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

7403 19 000 0

Digər saflaşdırılmış mis

-

10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

 

 

1.2. “7404  00 990 0” mal mövqeyinə aid sətirdən sonra aşağıdakı məzmunda “7405 00 000 0”, “7407 10 000 0” və “7407 29 000 0” mal mövqeləri əlavə edilsin:

7405 00 000 0

Mis əsasında liqaturalar

-

10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

7407 10 000 0

Saflaşdırılmış misdən çubuqlar və profillər

-

10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

7407 29 000 0

Digər mis ərintilərindən çubuqlar və profillər

-

10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

 

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 5 (beş) il müddətində qüvvədədir.

Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında