Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 531

   Bakı şəhəri, 30 dekabr 2016-cı il

“Təhlükə potensiallı və dövlət əhəmiyyətli tikinti obyektlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.21-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

“Təhlükə potensiallı və dövlət əhəmiyyətli tikinti obyektlərinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.azwww.xalqqazeti.com  saytlarında tanış ola bilərsiniz.

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı il 30 dekabr

tarixli 531 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Təhlükə potensiallı və  dövlət əhəmiyyətli tikinti obyektlərinin

 

SİYAHISI

 

1. Bu sənəd “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.21-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə  hazırlanmışdır və təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin siyahısını müəyyən edir.

2. Təhlükə potensiallı tikinti obyektlərinin siyahısına aşağıdakılar daxildir:

2.1. diametri 1000 mm-dən artıq olan  magistral (neft, qaz, su və kanalizasiya) boru kəmərləri;

2.2. su və istilik elektrik stansiyaları;

2.3. həcmi 10 milyon kubmetrdən artıq olan su hövzələri (anbarları) və onların bəndləri (hidrotexniki qurğuları);

2.4. neft emalı maddələrinin istehsalı zavodları;

2.5. həcmi 20 min tondan artıq olan neft və neft məhsullarının saxlanılması üçün anbarlar və maye qazların izometrik anbarları;

2.6. maye qaz, neft və  neft məhsullarının rezervuar parkları;

2.7. həcmi 5 (beş) min kubmetrdən artıq olan tezalışan, maye saxlamaq üçün rezervuarlar və qazholderlər;

2.8. dəniz şelfində quraşdırılan neft  və qazçıxarma platformaları;

2.9. gücü saatda 2 (iki) milyon kubmetrdən yuxarı olan kompressor stansiyaları, gücü saatda 2 (iki) milyon kilokaloridən artıq olan qazanxanalar;

2.10. dövlət əhəmiyyətli hidrotexniki qurğular;

2.11. sel və daşqın  sularından qoruyucu bəndlər  və torpaq sürüşmələrindən istinad divarları;

2.12. partlayıcı, pirotexniki, zəhərləyici, tezalovlanan, tezalışan, radioaktiv, kimyəvi və ətraf mühit üçün təhlükəli maddələrin, materialların, tullantıların və hərbi sursatların istifadəsi, emalı, istehsalı, saxlanılması, məhv edilməsi və basdırılmasını, o cümlədən işlənmiş nüvə yanacağının basdırılmasını həyata keçirən tikinti obyektləri;

2.13. üzvi tərkibli xammalların qəbulu, saxlanılması, nəqli və emalı ilə bağlı ümumi tutumu 500 tondan artıq olan taxıl terminalları, elevatorlar, anbarlar;

2.14. istehsal gücü 100 ton/gün  və daha artıq olan un dəyirmanları, 5 (beş) ton/saat  və daha artıq olan maya (solod) emalı müəssisələri, 20 ton/saat və daha artıq olan üzvi tərkibli xammalların emalı və qurudulması obyektləri;

2.15. istehsal gücü 3 (üç) ton/saat və daha artıq olan qarışıq yem istehsalı obyektləri;

2.16. gücü 4 (dörd) kilovat, 1500 dövr/dəqiqədən artıq olan aspirasiya qurğuları;

2.17. çoxmərtəbəli binaların yeraltı və yerüstü hissələrində yerləşən, yüzdən artıq avtomobil üçün dayanacağı olan qarajlar;

2.18. yüksəkgərginlikli elektrik xətləri və qurğuları;

2.19. yanacaqdoldurma ( neft və qaz) məntəqələri;

2.20. ionlaşdırıcı şüalanma generatorlarının (rentgen avadanlığı, neytron generatoru avadanlığı, yüklü hissəciklərin sürətləndiriciləri) istifadəsi, istehsalı və təmiri ilə məşğul olan obyektlər;

2.21. nüvə (atom) reaktorlarının istifadəsi və ya istismarını, eləcə də nüvə yanacağının istehsalını və zənginləşdirilməsini, işlənmiş nüvə yanacağının emalını həyata keçirən obyektlər və qurğular.

3. Dövlət əhəmiyyətli tikinti obyektlərinin siyahısına aşağıdakılar daxildir:

3.1. respublika əhəmiyyətli muzeylər, dövlət kitabxanaları və arxivləri;

3.2. dünya, ölkə və yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri (o cümlədən, memarlıq abidələri);

3.3. nüvə  (atom) reaktorları;

3.4. metro stansiyaları və tunelləri;

3.5. aşırımı 100 metrdən və ya uzunluğu 1000 metrdən artıq olan körpülər;

3.6. tutumu 2 (iki) min nəfərdən artıq olan qapalı və üstüörtülü idman qurğuları, konsert və konfrans sarayları;

3.7. 75 metrdən hündür olan və dövlət vəsaiti hesabına inşa olunan ictimai və çoxfunksiyalı bina və qurğular;

3.8. uzunluğu 1000 metrdən artıq olan tunellər;

3.9. hündürlüyü 100 metrdən artıq olan qurğular (qüllələr, dorlar və borular);

3.10. hava və dəniz limanları, dəmiryol  vağzalları və avtovağzallar;

3.11. Xəzər dənizi akvatoriyasında inşa edilən  obyektlər;

3.12. xüsusitəyinatlı tikinti kompleksləri (hərbi hissələr, penitensiar müəssisələr, habelə sığınacaqlar və digər mülki müdafiə qurğuları);

3.13. telekommunikasiya şəbəkələri və qurğuları;

3.14. yerüstü peyk idarəetmə mərkəzləri;

3.15. dövlət və beynəlxalq əhəmiyyətli neft, qaz boru kəmərləri, 110 kilovat və ondan yuxarı gərginlikli elektrikötürücü xətlər, tutumu 10 min kubmetr və daha artıq olan neft, neft və kimya məhsullarının saxlandığı qurğular;

3.16. məhsuldarlığı 10 min kubmetr/sutka və daha artıq olan su və 20 min kubmetr/gün və daha artıq olan çirkab sutəmizləmə qurğuları, əhalisinin sayı 5000 nəfərdən artıq olan yaşayış məntəqələrinin suqəbuledici qurğuları.

 

Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 5-ci hissəsinə uyğun olaraq edilə bilər.

 

__________________

          №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında