Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 521

Bakı şəhəri, 21 dekabr 2016-cı il

“Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda, çəltik, pambıq və tütün əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda, çəltik, pambıq və tütün əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçı-larına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 192, № 11, maddə 1184; 2008, № 6, maddə 587; 2010, № 12, maddə 1124; 2012, № 8, maddə 811; 2013, № 7, maddə 882, № 12, maddə 1633; 2014, № 2, maddə 201, № 6, maddə 736, № 8, maddə 1004; 2015, № 1, maddə 60, № 5, maddə 675, № 6, maddə 795, № 8, maddə 968, № 10, maddə 1237, № 12, maddə 1577; 2016, № 5, maddə 955, № 6, maddə 1190) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında, 3-cü, 6-cı və 6-1-ci hissələrində “buğda, çəltik, pambıq və tütün” sözləri “buğda və çəltik” sözləri ilə əvəz edilsin.

2. 1-ci və 6-1-ci hissələrə “bitkilərin” sözündən sonra “(pambıq və tütün istisna olmaqla)” sözləri əlavə edilsin.

3. 7-ci hissədə “buğda, çəltik, pambıq və tütün əkini üçün” sözləri “buğda və çəltik əkininə” sözləri ilə əvəz edilsin və həmin hissəyə “istehsalçılar” sözündən sonra “(pambıq və tütün istehsalçıları da daxil olmaqla)” sözləri əlavə edilsin.

4. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilmə-sində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda, çəltik, pambıq və tütün əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları” üzrə:

4.1. adında, 1.1-ci və 1.2-ci bəndlərində, 2.2.5-ci yarım-bəndində, 3-cü hissəsinin adında, 3.1-ci və 3.6-cı bəndlərində “buğda, çəltik, pambıq və tütün” sözləri “buğda və çəltik” sözləri ilə əvəz edilsin;

4.2. 1.1-ci, 1.3-cü bəndlərə və 1.2-ci bəndin ikinci cümləsinə “bitkilərin” sözündən sonra “(pambıq və tütün istisna olmaqla)” sözləri əlavə edilsin;

4.3. 3.1-ci bənddə “mayın 25-dək” sözləri “iyunun 1-dək” sözləri ilə əvəz edilsin;

4.4. 3.3-cü bənddə “iyunun 5-dək” sözləri “iyunun 10-dək” sözləri ilə əvəz edilsin;

4.5. 3.5-ci bənddə “iyunun 25-dək” sözləri “iyunun 30-dək” sözləri ilə əvəz edilsin;

4.6. 3.7-ci bənddə “iyulun 20-dən” sözləri “avqustun 1-dən” sözləri ilə əvəz edilsin;

4.7. 5.4.1-ci yarımbənddə “iyunun 5-dək” sözləri “iyunun 10-dək” sözləri ilə, “noyabrın 15-dən” sözləri “noyabrın 30-dan” sözləri ilə və “noyabrın 15-dək” sözləri “noyabrın 30-dək” sözləri ilə əvəz edilsin;

4.8. 5.4.2-ci yarımbənddə “iyunun 25-dək” sözləri “iyunun 30-dək” sözləri ilə əvəz edilsin;

4.9. 5.5.1-ci yarımbəndin birinci cümləsində “kartını itirmiş, zədələmiş (korlamış) və ya PİN kodunu yaddan çıxarmış kart sahiblərinə itirdikləri” sözləri “itirilmiş və ya zədələnmiş (korlanmış)” sözləri ilə əvəz edilsin;

4.10. 5.5.3-cü yarımbənddə “iyunun 5-dək” sözləri “iyunun 10-dək” sözləri ilə əvəz edilsin;

4.11. 5.5.4-cü yarımbənddə “iyunun 10-dək” sözləri “iyunun 20-dək” sözləri ilə əvəz edilsin;

4.12. 5.5-ci bənddə, 5.5.2-ci, 5.5.3-cü yarımbəndlərdə və 5.5.4-cü yarımbəndin birinci cümləsində “, zədələmiş (korlamış) və ya PİN kodunu yaddan çıxarmış” sözləri “və ya zədələmiş (korlamış)” sözləri ilə əvəz edilsin;

4.13. 5.5.4-cü yarımbəndin ikinci cümləsində “, zədələnmiş (korlanmış) və ya PİN kodu yaddan çıxarılmış” sözləri “və ya zədələnmiş (korlanmış)” sözləri ilə əvəz edilsin;

4.14. Qaydalara 1-15 nömrəli əlavələrin yuxarı sağ küncündə, 1 nömrəli əlavədə verilmiş “Ərizə” formasında və 2 nömrəli əlavədə verilmiş “Əkin sahələrinə baxış haqqında akt” formasında “buğda, çəltik, pambıq və tütün” sözləri “buğda və çəltik” sözləri ilə əvəz edilsin;

4.15. Qaydalara 1 nömrəli əlavədə verilmiş “Ərizə” və “Ərizəyə əlavə” formalarında və 3-9 nömrəli əlavələrdə cədvəllərin adında “25 may” sözləri “01 iyun” sözləri ilə əvəz edilsin;

4.16. Qaydalara 1 nömrəli əlavədə verilmiş “Ərizəyə əlavə” formasında “becərilən bitkilər” sütunundan “pambıq” və “tütün” sözləri çıxarılsın;

4.17. Qaydalara 4 və 7 nömrəli əlavələrdən “pambıq” və “tütün” sütunları çıxarılsın.

5. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nın 1.5-ci bəndində “buğda, çəltik, pambıq və tütün” sözləri “buğda və çəltik” sözləri ilə əvəz edilsin.

6. Həmin qərarla təsdiq edilmiş 4 nömrəli əlavənin adında “buğda, çəltik, pambıq və tütün” sözləri “buğda və çəltik” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında