Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 520

Bakı şəhəri, 20 dekabr 2016-cı il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət  qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin  qiymətlərə nəzarətin  həyata keçirilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 782; 2016, № 5, maddə 955) ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin  həyata keçirilməsi Qaydası”nda  aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1-ci bəndin ikinci cümləsində “qiymət bəyannaməsi verilən tarixə ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytındakı məzənnəsi” sözləri “Şura tərəfindən istinad üçün müəyyən edilən tarixə milli valyutanın ABŞ dollarına olan rəsmi məzənnəsi, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsbit edilən satış məzənnəsi üçün yuxarı hədd” sözləri ilə əvəz edilsin.

2. 3.5-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Vergi  ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi və ya ƏDV ödəyicisi olmasından asılı olmayaraq, dərman vasitələrinin topdan və pərakəndə satışı həmin qiymətlərlə həyata keçirilir.”.

3. 5.5-ci bənddən “və bu hal 2 (iki) aydan artıq müddətdə davam etdikdə” sözləri çıxarılsın.

4. 5.8-ci bəndə “zamanı” sözündən sonra “, habelə dövlət büdcəsindən maliyyələşdirilməyən tibb müəssisələri tərəfindən dərman vasitələri satın alınarkən” sözləri əlavə edilsin.

5. 7.2-ci bənddən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

“Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin  2.6-1-ci bəndinə uyğun edilə bilər.”.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında