Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 514                 

Bakı şəhəri, 16 dekabr 2016-cı il

“Mərkəzi  icra  hakimiyyəti  orqanları  tərəfindən  konkret sahələr üzrə  elektron xidmətlər göstərilməsi Qaydaları”nın  və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi  haqqında”  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il  29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016,
№ 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə 465, № 5, maddə 609, № 6, maddə 790, № 7, maddə 893, № 11, maddələr 1415, 1421, № 12, maddə 1573; 2016, № 2, II kitab, maddələr 367, 384, № 4, maddələr 774, 830, № 5, maddə 955, № 7, maddələr 1340, 1355, 1358, № 8, maddələr 1446, 1448, № 9, maddə 1578; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 noyabr tarixli 440 nömrəli qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 3.5-ci bənddən “və təhsil müəssisələrinin” sözləri çıxarılsın.

2. 3.7-ci bənddən “və təhsil müəssisələri” sözləri çıxarılsın.

3. 3.18-ci bənddən “və təhsil müəssisələrinin” və “və təhsil müəssisəsinin” sözləri çıxarılsın.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında