Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 512 

 Bakı şəhəri, 16 dekabr 2016-cı il

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən irəli gələn bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 mart tarixli 36 nömrəli  qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinə və 4.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən irəli gələn bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 mart tarixli 36 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 140; 2006, № 10, maddə 901) aşağıdakı dəyişikliklər edilsin:

1. Preambula aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının                Nazirlər Kabineti QƏRARA ALIR:”.

2. 1-ci hissədə “şərti maliyyə vahidinin 0,3 misli miqdarında” sözləri “0,33 manat” sözləri ilə əvəz edilsin.

3. 3-cü hissəyə “şahid,” sözündən sonra “onların qanuni nümayəndələri,” sözləri əlavə edilsin.

4. 4-cü hissə üzrə:

4.1. “zərər çəkənlər” sözləri “zərər çəkmişlər” sözləri ilə əvəz edilsin;

4.2. “şahidlər” sözündən sonra “, onların qanuni nümayəndələri” sözləri əlavə edilsin;

4.3. “şərti maliyyə vahidinin 1,5 misli miqdarında” sözləri “1,65 manat” sözləri ilə əvəz edilsin.

5. 5-ci hissə üzrə:

5.1. “zərər çəkənlərin” sözləri “zərər çəkmişlərin” sözləri ilə əvəz edilsin;

5.2. “şahidlərin,” sözündən sonra “onların qanuni nümayəndələrinin,” sözləri əlavə edilsin.

6. Həmin qərarla təsdiq edilmiş “İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq zərər çəkənlərin, şahidlərin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin və hal şahidlərinin çəkdikləri xərclərin ödənilməsi Qaydası” üzrə:

6.1. adında “zərər çəkənlərin” sözləri “zərər çəkmişlərin” sözləri ilə əvəz edilsin və “şahidlərin,” sözündən sonra “onların qanuni nümayəndələrinin,” sözləri əlavə edilsin;

6.2. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Bu Qayda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 56-cı maddəsində nəzərdə tutulmuş icraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq zərər çəkmişlərin, şahidlərin, onların qanuni nümayəndələrinin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin və hal şahidlərinin çəkdikləri xərclərin ödənilməsi qaydasını tənzimləyir.”;

6.3. 2-ci, 3-cü hissələrdə, 5-ci hissənin birinci abzasında “Zərər çəkənlərə” sözləri “Zərər çəkmişlərə” sözləri ilə, 5-ci hissənin ikinci abzasında “zərər çəkənə” sözləri “zərər çəkmişə” sözləri ilə əvəz edilsin;

6.4. 2-ci, 3-cü hissələrdə, 5-ci hissənin birinci abzasında “şahidlərə,” sözündən sonra, 5-ci hissənin ikinci abzasında “şahidə,” sözündən sonra “onların qanuni nümayəndələrinə,” sözləri əlavə edilsin.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında