Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 502        

Bakı şəhəri, 16 dekabr 2016-cı il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin  rəsmiləşdirilməsi  və  sənədlərin  tərtib  edilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 iyun tarixli 94 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2007, № 6, maddə 699; 2011, № 4, maddə 373) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.  4.6.2-ci yarımbənddə “66-cı” sözləri “217-ci” sözləri ilə əvəz edilsin.

2. 4.6.3-cü yarımbənddə “130.4-cü” sözləri “293.4-cü” sözləri ilə əvəz edilsin.

3. 4.6.4-cü yarımbənddə “130.5-ci” sözləri “293.5-ci” sözləri ilə əvəz edilsin.

4. 4.6.5-ci yarımbənddə “daşınması və tarif” sözləri “daşıma” sözü ilə,    “131.1-ci” sözləri “296.1-ci” sözləri ilə əvəz edilsin.

5. 4.6.6-cı yarımbənddə “maddələrin və ya əşyaların” sözləri “maddələr və ya predmetlər” sözləri ilə, “göstərilmiş maddələri və əşyaları ödənişlə almaqla və ya onları müsadirə etməklə və ya etməməklə” sözləri “təhlükəli maddələr və predmetlər müsadirə edilməklə və ya edilməməklə” sözləri ilə, “131.2-ci” sözləri “296.2-ci” sözləri ilə əvəz edilsin.

6. 4.6.7-ci yarımbənddə “komandirinin” sözü “kapitanının (yaxud, onun adından digər heyət üzvünün) qanuni” sözləri ilə, “133.1-ci” sözləri “298.1-ci” sözləri ilə əvəz edilsin.

7. 4.6.8-ci yarımbənddə “fotoşəkil, kinoçəkmə və radiorabitə” sözləri “foto və videoçəkiliş, elektrik (elektromaqnit) rabitə” sözləri ilə, “133.2-ci” sözləri “298.2-ci” sözləri ilə əvəz edilsin.

8. 4.6.9-cu yarımbənddə “149.6-cı” sözləri “319.6-cı” sözləri ilə əvəz edilsin.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında