Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 501

     Bakı şəhəri, 16 dekabr 2016-cı il

“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il  6  oktyabr  tarixli  149 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabineti-nin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50,
№ 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369,
№ 11, maddə 1048; 2011, № 1, maddə 66,
№ 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747,
№ 9, maddə 1130; 2015, № 2, maddə 227,
№ 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7, maddə 890, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Büdcə gəlirlərinin Təsnifatı” üzrə:

1.1. 1.4.3.1.1.1-ci yarımbənddə “Xüsusi razılıq (lisenziya)” sözləri “Lisenziya” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “fəaliyyətlə” sözündən sonra “və ya əczaçılıqla” sözləri əlavə edilsin;

1.2. 1.4.3.1.5.0-cı yarımbəndə “təmin edilməsi” sözlərindən sonra “və avtomobil yollarından istifadə” sözləri əlavə edilsin.

2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Büdcə xərclərinin funksional təsnifatı”nın 14.3.2-ci yarımbəndindən və həmin əlavənin “Büdcə xərclərinin funksional təsnifatına əlavə” hissəsinin 14.3.0-cı yarımbəndindən “, şahid” sözü çıxarılsın və hər iki yarımbəndə “zərərçəkmiş,” sözündən sonra “şahid, onların qanuni nümayəndələri” sözləri əlavə edilsin.

3. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Büdcə xərclərinin iqtisadi təsnifatı”nın “Büdcə xərclərinin iqtisadi təsnifatına əlavə” hissəsinin “282100. “Sair xərclər” paraqrafından “, şahid” sözü çıxarılsın və həmin paraqrafa “zərərçəkmiş,” sözündən sonra “şahid, onların qanuni nümayəndələri” sözləri əlavə edilsin.                                                   

 

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında