Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 496   

      Bakı şəhəri, 9 dekabr 2016-cı il

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2015-ci  il  9  fevral tarixli 32 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 iyun tarixli 934 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 222; 2016, № 9, maddə 1577) aşağıdakı dəyişikliklər edilsin:

1. Preambulada “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin” sözləri “Dövlət Xidmətlərinin” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Dövlət xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları” üzrə:

2.1. adında və 1.1-ci bəndində (birinci halda) “xidmətlərinin” sözü “Xidmətlərinin” sözü ilə əvəz edilsin;

2.2. 1.1-ci bənddə “dövlət xidmətlərinin” sözləri “Dövlət Xidmətlərinin” sözləri ilə əvəz edilsin;

2.3. 1.2.1-ci yarımbəndə “qurumlar” sözündən əvvəl “xidməti həyata keçirən” sözləri əlavə edilsin;

2.4. 1.2.4-cü yarımbənddə “xidmətlərin” sözü “Dövlət Xidmətlərinin” sözləri ilə əvəz edilsin;

2.5. aşağıdakı məzmunda 2.2.2-1-ci yarımbənd əlavə edilsin:

“2.2.2-1. digər qurumlar tərəfindən həyata keçirilən xidmətlərin reyestrləri;”;

2.6. 2.2.3-cü, 2.5.3-cü yarımbəndlərdə, 4.1-ci və 4.5-ci bəndlərdə “xidmət göstərən” sözləri “xidməti həyata keçirən” sözləri ilə əvəz edilsin;

2.7. 2.5.1-ci və 2.5.2-ci yarımbəndlərdə “orqanın” sözü “qurumun” sözü ilə əvəz edilsin;

2.8. 3.2.3-cü yarımbənddə “dövlət xidmətləri” sözləri “xidmətlər” sözü ilə əvəz edilsin.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında