Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 497     

   Bakı şəhəri, 9 dekabr 2016-cı il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar  tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş  “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

 “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il  5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 1, maddə 58; 2013, № 5, maddə 568; 2016, № 6, maddə 1199) ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa  vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1.2-ci bəndinə “qiymətləndirilməyən və ya” sözlərindən sonra “buraxılış imtahanında iştirak etməyən, yaxud” sözləri əlavə edilsin.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında