Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 493

Bakı şəhəri, 7 dekabr 2016-cı il

“Torpaq  sahələrinin  ayrılması  haqqında”  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü  il  31 dekabr tarixli 425 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddə-sinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Torpaq sahələrinin ayrılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 31 dekabr tarixli 425 nömrəli qərarına 1 nömrəli əlavə – “İctimai ehtiyaclar üçün torpaq sahəsi ayrılan təşkilatların siyahısı”nın ikinci hissəsi ləğv edilsin.

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və Şabran Rayon İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etsinlər.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında