Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 491 

                                                       Bakı şəhəri, 2 dekabr 2016-cı il

Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı normativ hüquqi aktların təsdiq edilməsi haqqında

“Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 may tarixli 895 nömrəli Fərmanının 2.1-ci və 2.2-ci  bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan,  istismarına sadələşdirilmiş icazə  verilməsi  tətbiq olunan qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismar təyinatının Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə  razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, qeyri-yaşayış binalarının (tikinti obyektlərinin),  istismar təyinatı bu qərarın 1 nömrəli əlavəsinə uyğun olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin istismarına icazənin forması”  təsdiq edilsin (2 nömrəli əlavə).

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az və www.xalqqazeti.com  saytlarında tanış  ola bilərsiniz.

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı il 2 dekabr

tarixli 491 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

1 nömrəli əlavə

 

 

 

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə  razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbə-sinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadrat-metrdən  çox  olmayan,  istismarına  sadələşdirilmiş icazə verilməsi    tətbiq olunan qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismar təyinatının

 

SİYAHISI

 

  1. İstehsal sahələri obyektləri.
  2. Sosial təyinatlı obyektlər.
  3. İnzibati obyektlər.
  4. Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələri obyektləri.

 

 

Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

 

______________________

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı il 2 dekabr

tarixli 491 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

2 nömrəli əlavə

 

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə  razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq  sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbə-sinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadrat-metrdən çox olmayan, istismar təyinatı bu qərarın 1 nömrəli əlavəsinə  uyğun  olan  və  aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin istismarına

 

İCAZƏ

 

№ ____                                                                                                           ____________________

                                                                                                   (tarix)

 

1. Rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd: ­­­­­­­­­­­­­­­­­­­­­­____________________

 

2. İcazə verən orqanın adı: ___________________________________

 

3. Tikinti obyektinin ünvanı, döngə nöqtələrinin koordinatları, adı:______

 _________________________________________________________

 

4. Tikinti obyektinin istismar təyinatı: ____________________________

 

5. Tikintiyə dair icazəverici sənədlər: ____________________________

                                                                      (tikinti obyektinin layihəsinin yerli icra

_________________________________________________________

hakimiyyəti orqani tərəfindən razılaşdırılması barədə qeydin və ya tikintiyə razılıq verilməsi barədə həmin orqanın qərarının tarixi və nömrəsi)

6. Obyektin yerləşdiyi torpaq sahəsinə hüququnun növü: ____________

(mülkiyyət, istifadə və ya icarə)

7. Tikinti obyektinin sahibi (sifarişçisi): ___________________________

 

8. İstismara hazırlığı barədə rəyin tarixi və qeydiyyat nömrəsi: ________

 

9. Tikinti obyektinin əsas texniki göstəriciləri:

 

Göstəricilərin adı

Ölçü vahidi

Layihə üzrə

Faktiki

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yükdaşıyan konstruksiyaların dayanıqlığı, möhkəmliyi və istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından aparılmış müayinəyə əsasən təyinatı üzrə istifadəsinin mümkünlüyü nəzərə alınaraq, _____________________ tarixdən tikinti obyektinin ____________________________ istismarına icazə verilsin.

 

________ İcra Hakimiyyətinin başçısı __________   _______________

(rayon, şəhər)                                                                                                                               (imza)              (adı, soyadı)

 

            M.Y.

 

 

Qeyd. Bu sənəddə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

____________________

         №-li nüsxə

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında